Mədəniyyət

Xalq artisti illər sonra ETİRAF etdi: "Yenidən sevmək mümkün deyil, çünki..." - FOTO

8 Noyabr 2018 21:05
5 Şərh     Baxış: 6 583

Xalq artisti Rafael Dadaşovun Milli.Az-a müsahibəsi.

- Rafael müəllim, müsahibələrinizin birində demisiniz ki, atanız, görkəmli sənətkar Məlik Dadaşova görə həmişə əziyyət çəkmisiz. Bu fikri deməyinizə səbəb nə olub?

- Bəli, güclünün istəməyənləri çox olur. Heç vaxt zəifə fikir vermirlər. Məlik Dadaşov güclü sənətkar idi. O vaxtı onu sevmirdilər. Bir insanı hamı sevə bilməz. Çünki atam sənətdə çox geniş addımlarla gedirdi. Ona gücləri çatmayanda mənə daş atırdılar. Necə ki, mənə gücləri çatmayanda qızımı daş-qalaq edirlər. Sənətkarın övladına həmişə xüsusi diqqət, qayğı olmalıdır.

- Ətrafınızdakı insanların yaxşı, yaxud pis olduğunu necə ayırd edirsiniz?

- İnsanları tanımağa zaman lazımdır. Hər şey zamanında qiymətini tapır. Ən sevdiyin bir insan zamanla dəyişib başqa adam ola bilər. Yaxud da əksinə. Bir sözlə, zaman sınaqdır.

- Zamanında sizi Azərbaycanın "Alen Delonu" adlandırıblar. Maraqlıdır, qadınlar sizi cəlb edib yoxsa siz qadınları?

- Həm mən cəlb etmişəm, həm də məni cəlb ediblər. İstəsəydim, həyatım başqa cür olardı.

- Necə?

- Sadəcə, mən bir xanıma vuruldum və ailə həyatı qurdum. Mən daha sərbəst yaşasaydım, ailə həyatı da gec qurardım, uşaqlarım da gec olardı.

- Həyat yoldaşınız əminiz qızıdır. Öz istəyiniz idi, yoxsa ailədən sizi məcbur etmişdilər?

- Xeyr, məni heç kim məcbur edə bilməzdi. Xoşum gəldi, dedim ki, səni sevirəm. O da cavan qız idi, 16 yaşı var idi.

- Övladlarınızla dostsunuz. Bu dostluq onlara nəyisə qadağan etməyə sizə mane olur?

- Mən həm anamla, həm də atamla dost olmuşam. Bu cəhət mənim övladlarımda da var. Övladlarım da mənimlə dostdurlar. Düzdü, təbii ki, aramızda çərçivə də var. Biz zarafat da edirik, danışırıq da, gülürük də. Mən ciddi atalardan deyiləm.

- Rafael müəllimə görə sevgi neçə il yaşayır?

- Ümumiyyətlə, sevgi məvhumu anlaşılmayan bir hissdir. Bir də görürsən ki, peyda olur, daha sonra yox olur. Sevgi gəldi-gedər hissdir. Gələndə çox güclü gəlir, gedəndə isə ağrılarla gedir. Özündən sonra izlər qoyub gedir. Sevgi ölmür, amma başqa bir şeyə dönür.

- Sizin üçün nə adiləşib?

- Mənim üçün bu gün sevgi adiləşib. İndi bu hissi şouya döndəriblər, sevgini də, ayrılığı da, toyu da. Bu hissləri şouya döndərmək olmaz! Bəzən deyirlər ki, filankəs təzədən sevdi. Mən ikinci sevgiyə inanmıram, təzədən sevmək mümkün deyil. Sevgi bir dəfə yaranır və bir dəfə də sönür.

Əli Novruzəliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    $$$Yeraz · 8 Noyabr 21:1050

    Duz fikirlerdi.

    Cavab yaz
  • Anonim
    Nurik · 8 Noyabr 21:3710

    Səidənin böyuk bacısı gözəl xanımdı.

    Cavab yaz
  • Anonim
    as · 9 Noyabr 07:5920

    gözəl insandı sadə səmimibunun haqqıbda pis demək günahdı gözəlliyi də onu bədbəxt deməzdim amma xoşbəxtliyinə mane oldu

    Cavab yaz
    • Anonim
      Afa · 9 Noyabr 20:3910

      Ile sevgi unudulmur

      Cavab yaz
      • Anonim
        Aaa · 9 Noyabr 20:4900

        Ilk mehebbet unudulmur

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.