Mədəniyyət

"Gənc istedadlar" konserti keçirilib - FOTO

30 Aprel 2024 13:23
Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fidan Hacıyevanın birinci Beynəlxalq Opera Festivalı çərçivəsində Rəşid Behbudov Dövlət Mahnı Teatrının səhnəsində "Gənc istedadlar" konserti keçirilib .

Konsert proqramında Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin, Ramil Qasımovun Bülbül Vokal Məktəbinin, Aybəniz Həşimovanın Sənət Akademiyasının, Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasının, Bülbül adına musiqi məktəbi, Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdləri iştirak ediblər. Mezzo Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərləri ifa olunub,  tamaşaçıların alqışları ilə qarşılanıb. İştirakçılar fəxri diplomlarla təltif olunublar. Gecənin aparıcısı teleaparıcı Saleh Bağırov olub.

Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Opera və Balet Teatrının dəstəyi ilə birinci Beynəlxalq Opera Festivalı 27 aprel-3 may tarixlərində keçirilir. Yeddi gün ərzində Bakı və Gəncənin müxtəlif konsert məkanlarında Azərbaycan klassiklərinin və dünya müəlliflərinin əsərləri təqdim olunur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.