Mədəniyyət

Fidan məşhur fransız müğənnidən dəstək istədi - VİDEO - FOTO

17 Oktyabr 2018 13:53
1 Şərh     Baxış: 4 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Azərbaycanı "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək.

Milli.Az xəbər verir ki, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsi ilə bağlı növbəti konfrans keçirilib. Konfransda təmsilçimizin müsabiqədə ifa edəcəyi mahnı və mahnıya çəkilən promo klip mediaya təqdim olunub.

Fidanın ifa edəcəyi mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikov və ifaçımız özüdür. "Sənin kimi olmaq" - "I wonna be like you" adlanan bəstənin sözləri Azərbaycan dilində Aytən İsmixanovaya, ingilis dilində Elvira Miçiyevaya məxsusdur.

Qeyd edək ki, mahnıda Fidan Hüseynova öz arzularından və xəyali qəhrəmanlarından söz açır. Təmsilçimiz ifası zamanı kimliyini açıqlamadığı qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımlamağından danışır.

İctimai Televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva bildirib ki, müsabiqənin şərtlərinə uyğun olaraq mahnı Azərbaycan dilində səsləndiriləcək. Yalnız nəqarət hissələrində ingilis dilindən istifadə ediləcək.

Təmsilçimiz konfrans zamanı fransalı müğənni Lara Fabiana ingilis dilində çağırış edərək onu çox sevdiyini və ona dəstək olmasını bildirib. 

Xatırladaq ki, 25 noyabr 2018-ci il tarixində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək müsabiqədə 20 ölkə birincilik uğurunda mübarizə aparacaq.

Afaq Rza
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Fidan Huseynova - I Wanna Be Like You -

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.