Mədəniyyət

Xalq Mahnıları Festivalının bağlanış günü - "Qara gilə" ifa olundu, Ramil Qasımov dirijorluq etdi - FOTO

13 Oktyabr 2018 18:54
0 Şərh     Baxış: 1 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Mahnıları Festivalının bağlanış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, anşlaqla baş tutan gecədə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun baş dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiəti ilə əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımov konsert proqramı ilə çıxış edib.

Festivalın bədii rəhbəri Ramil Qasımov 5 gün müddətində keçirilən Xalq Mahnıları Festivalında bir-birindən maraqlı xalq mahnılarını nümayiş etdirən kollektivlərə təşəkkürünü bildirib:

"Çox sevindirici bir haldır ki, Azərbaycan Radiosunun Qızıl Fondunda illərlə tarixi olan və saxlanilan xalq mahnıları bugünkü nəsilə çatdırılır. 100 ilə yaxın tarixi olan xalq mahnılarını müasir gəncliyə sağlam şəkildə ötürdüyümuz üçün qürur hissi duyuruq".

R. Qasımov çıxışında onu da deyib ki, bu gün hər bir uğurlu işin önündə dövlətin qayğı və diqqəti dayanır:

"Qayğı və diqqət olmasa bu işləri ərsəyə gətirmək qeyri-mümkündür. Bu diqqət və qayğı üçün biz hər zaman dövlətimizə minnətdarıq. İstər ölkədə, istər ölkə hüdudlarından kənarda keçirilən irimiqyaslı  festival və tədbirlərin hər biri Azərbaycan mədəniyyətinə bir töhfədir. Festivalda iştirak edən bütün yaradıcı və texniki heyətə təşəkkürümü bildirib".

Gecədə Ramil Qasımov "Küçələrə su səpmişəm", "Pəncərədən daş gəlir", "Xumar oldum", "A Leyli", "Evləri var xana-xana", "Aman təklik əlindən", "Ay qız" və digər xalq mahnılarını ifa edib. Sonda isə Ehtiram Hüseynovun ifa etdiyi "Qara gilə" mahnısına Ramil Qasımovun dirijorluq etməsi sürəkli alqışlarla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.