Mədəniyyət

Azərbaycanlı aktyor iş adamı oldu - FOTO

29 Mart 2018 09:45
1 Şərh     Baxış: 5 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gənc aktyor Qərib Nəsibov sənətdən gedib.

O, bu haqda Milli.Az-a məlumat verib.

"Mən uzun müddətdir ki, aktyorluq sənəti ilə məşğul idim. İncəsənət universitetinə daxil olanda məndə inanılmaz sevinc hissi var idi. Amma illər keçdikcə bu sevinc hissi təəssüf hissi ilə əvəzləndi. Bir neçə serialda, filmdə, klipdə çəkilsəm də bunlar məni bir aktyor kimi qane etmirdi. Bu sahəyə naşı insanların, yoldan keçən insanların gəlməsi isə məni aktyorluq sənətindən qəti uzaqlaşdırdı. Həm də bir aktyor kimi mənə yaradılan imkanlar çox bəsit idi. Buna görə də sənətdən getdim və hazırda şəhərdəki restoranlardan birinə qardaşımla sahiblik edirik. Artıq indi arzuladığım sənətlə məşğulam", - deyə keçmiş aktyor bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.