ICOM Azərbaycan Milli Komitəsindən möhtəşəm Novruz layihəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ICOM Azərbaycan Milli Komitəsinin təşəbbüsü, Azərbaycan Xalça Muzeyi və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun təşkilatçılığı, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə açıq səma altında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Azərbaycan xalqının milli bayramı - Novruz bayramına həsr olunmuş maraqlı bir layihə həyata keçiriləcək.
Layihə çərçivəsində Xalça Muzeyinin və Qala Qoruğunun xanım əməkdaşları tərəfindən Novruz bayramının atributlarından biri - şəkərburanın bişirilməsi üzrə ustad dərsi keçiriləcək.
Layihə haqqında danışan ICOM Azərbaycan Milli Komitəsinin prezidenti Şirin Məlikovanın sözlərinə görə, burada əsas məqsəd xalqımızın milli adət-ənənələrini yaşatmaq, qədim bayramımız olan Novruz bayramının keçirilməsi zamanı qədimdən qalan, unudulmaqda olan bir sıra qayda-qanunları, mərasimləri yada salmaq, milli dəyərlərimizi gənc nəslə çatdırmaqdır. Həmçinin, bu gözəl bayramın paylaşmaq, yardımlaşmaq, kütləvilik, birlik kimi əlamətlərini özündə əks etdirən adətlərinə diqqət çəkməkdir.
"Hər bir azərbaycanlı üçün Novruz bayramı bahar fəslinin gəlişi, təbiətin oyanması ilə yanaşı, həm də xalqımızın birlik və paylaşmaq bayramı kimi xarakterizə olunur. Çünki məhz bu bayramda qadınlar, qohumlar, qonşular bir araya gələrək şirniyyatlar, müxtəlif təamlar hazırlayar, daha sonra bir-birlərinə bişirdiklərindən pay-sovqat aparar, hamının süfrəsində mütləq bu şirniyyatlardan olardı. Milli-mədəni, maddi dəyərlərimizin qorunması və yeni nəslə çatdırılması muzey işçilərinin, bütövlükdə hər bir vətənpərvər vətəndaşın ən ümdə vəzifəsidir. Qeyd etmək istəyirəm ki, 2009-cu ildə Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilib" - deyə Şirin Məlikova bildirib.
Tədbir zamanı hər iki təşkilatın qadın əməkdaşları Azərbaycan milli geyimlərində şəkərburanın hazırlanması prosesini əvvəldən sonadək həyata keçirəcəklər. Milli dəyərlərə hörmət və ehtiramın aşılanması, milli adətlərimizin yaşadılması, ənənələrin qorunması, xalqımızın milli bayramı olan Novruz bayramının qeyd olunması, o cümlədən Novruzla bağlı əsrlərdən günümüzə qədər gələn bir sıra ənənələrin və bayram mərasimlərinin təşkil olunması nəzərdə tutulur. Belə ki, tədbir çərçivəsində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda tonqal qalamaq, "papaq atdı", "qapı pusdu", "fala baxma" kimi Novruz adətlərini nümayiş etdirən kiçik səhnəciklər təşkil olunacaq. Bununla yanaşı, muğam-trio tədbirə xüsusi ab-hava qatacaq.
Məkan: Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğu
Tarix: 17 mart 2018, saat 14:00
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
XƏBƏR LENTİ
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)
-
Azad Bayramov vəfat etdi
-
"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)
-
Moskvaya PUA hücumu: 1 nəfər ölüb, 6 nəfər yaralanıb
-
Mağazadan alınan yumurtanın içindən cücə çıxdı
-
İstanbulda məktəbdə dəhşətli hadisə: 5 qız şagird bıçaqlandı
-
"“Flydubai” hadisəsinə görə İran məsuliyyət daşıyır"
-
Vüsalə Əlizadə verilişində yerinə aparıcılıq edənə "əsəbiləşdi": “Bunu tapmısınız? - (Video)
-
Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)
-
Medvedev diskvalifikasiya olundu - Bu hərəkətinə görə - (Video)
-
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
-
Rusiyanın kəndləri boşalır: 20 milyon hektar torpaq istifadəsiz qalıb
-
Qızıl almaq istəyənlərin nəzərinə
-
XİN-dən vurulan gəmi ilə bağlı açıqlama
-
Qaxda "prava"sız sürücü qəza törətdi: 1 ölü, 4 yaralı var - (Video)
-
14 yaşlı qızın görüntülərini yayan şəxslə bağlı qərar verildi
-
"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"
-
Əli Əsədov yeni qərar imzaladı
-
Mühafizə olunan duracaqlarla bağlı qayda dəyişdi
-
DYP-dən avtomobil sahiblərinə çağırış - Buna diqqət edin
-
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırıldı





