Sələmçinin Tanrı ilə dialoqu...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Teatral oxucularımızın bildiyi kimi S.Vurğun adına Rus Dram Teatrı Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, yeni müstəviyə kimi inkişaf etdirilməsi, təcrübə mübadilələrinin artırılması təzahürlərini və eksperimental tamaşaların (əlbəttə ən böyük, ən geniş mənada hər bir teatrın hər bir tamaşası eksperimentdir və ya eksperiment olsa, daha məqsədəuyğundur) silsiləsini təqdim etməkdədir.
Çoxdan görmədiyimiz Nekrasov
Premyerası ötən həftəsonu baş tutmuş növbəti səhnə əsərinin tamaşası rus ədəbiyyatının klassiklərindən biri N.A.Nekrasovun "Peterburqlu sələmçi" vodevilinin quruluşu oldu. Nekrasovun Azərbaycan teatrında nadir hallarda qoyulan müəllif olması layihəyə olan marağın xeyli hissəsini təmin etmişdi. Bir də təbii ki, klassik ədəbi nümunə və teatr sənətinin mərkəzlərindən biri olan Moskvadan dəvət edilmiş rejissor amilləri. "Peterburqlu sələmçi" moskvalı gənc rejissor Vladimir Danayın yozumunda cəsarət və yaradıcı axtarışların orijinala sadiqlik (pyesin bəzi yerlərini, məsələn, sələmçinin bir müştəridən beh aldığına baxmayaraq, daha sərfəli müştəri peyda olanda tablonu birinci müştəriyə satmaq "istəməməsini izah edən" monoloqun bir hissəsinin və ən son dialoqun ixtisarını rejissorun özgün yanaşması kimi dəyərləndirmək olar) və onunla səsləşmək tərzindədir. Sergey Jenovaçın tələbəsi V.Danay gənc olmasına baxmayaraq, Rusiyanın bir sıra tanınmış teatr aktyorları ilə çalışıb, tamaşaları isə dəfələrlə festivallarda uğur qazanıb. "Peterburqlu sələmçi" o tamaşalardandır ki, dərhal və birmənalı şəkildə qəbul edilmir - tamaşaçıların reaksiyalarından da bəlli oldu ki, bəziləri rol bölgüsünə daha ciddi yanaşma arzulayırlar, bəziləri isə fərqli aktyor və rejissor məktəblərinin aktyorlarımız üçün nə dərəcədə uyarlı olduğunu qiymətləndirirlər. Tamaşaçıların əksəriyyəti isə aktyorluq və rejissorluq sənətinə bilavasitə aidiyyatı olan şəxslər, həmçinin rus ədəbiyyatının həvəskarları və biliciləri idilər.
Müəllifin qəhrəmanına verdiyi şans əlindən alındı
Bir hissəli vodevil 17 haldan ibarətdi. Nekrasov bu 17 halın 16-nı sıra nömrəsi ilə işarələyib, yalnız 17-ci hal sonuncu hal kimi qeyd olunub. Pyesin hissələrinin belə adlandırılması həmin hallardakı iştirakçıların sayının dəyişməz qalmasını nəzərdə tutur. "Peterburqlu sələmçi" vodevilində isə bu hallar eyni zamanda baş qəhrəman Potap İvanoviç Loskutkovun (Yuri Omelçenko) Tanrı ilə söhbətinə dəlalət edən priyomdur. Hətta belə demək mümkünsə, Tanrının zühurudur. Məhz bu məqamın rejissor tərəfindən özünəxas şəkildə yozumu - pulgir və xəsis Loskutkovun növbəti müştərinin başını aldadıb daha çox mənfəət götürmək barədəki düşüncələrin tanrı ilə bölüşməsi zamanı səhnənin yuxarı sağ küncündə Yaradanın ona ünvanlanan, hər dəfə Loskutkova diktə ilə deyil, dürüstlüyə yönəldən cavablarının elektron lövhədə yazılması - tamaşaçılarda ilk canlanmanı yaratdı. Və bu canlanma səhnə əsərinin sonuna kimi zalı tərk etmədi. Tamaşasının janrını 17 hallı qarət kimi xarakterizə edən rejissor əsərin sonluğuna müəllif yanaşmasını kifayət qədər üzvi tərzdə təqdim etdi - pyesdə hərisliyi və axmaqlığı ucbatından müflisləşdiyini zənn edən, əslində isə bir müştərinin marağını digərinə qurban verməkdən usanmayan və beləliklə əldə etdiyi çox böyük bir məbləği kürəkəni olmağa namizəd İvan Fyodoroviç Nalimovun (bu teatrda debüt rolu ilə Murad İsmayılov) qurduğu ibrət tələsinə düşərək itirən Loskutkovu intihardan Nalimov xilas edirsə, Rus Dram Teatrının tamaşasında onun ruhunun Allahın "yanıma gəl" çağırışına həvəslə riayət etdiyini gördük. Bu hal "ləyaqəti qəlp pul, hiyləgərliyi sərvət" hesab edən, üstəlik çətin anlarında Tanrıya üz tutduğu halda onun nəsihətlərini qulaqardına vuran Loskutkov kimilərinə cəmiyyətdə yer olmamasını vurğuladığı üçün 17-ci deyil, məhz sonuncu hal kimi qeyd olunub. Lakin əgər Nekrasov Loskutkova sonda Allahını sadəcə eşitmək, dinləyib, riayət etmək şansı verirsə, Danay bu şansı onun əlindən alır...
Boşluğa son qoyacaq hadisə
Tamaşanın səhnə tərtibatı (Rusiyadan dəvət edilmiş teatr rəssamı Olqa Kuznetsova) minimalist və eyni zamanda Rusiyanın şimal paytaxtı olan Peterburqun ovqatını, sələmçinin evinin ab-havasını dəqiq ifadə edən detallardan ibarət idi. Halların hər biri interaktiv qurğu vasitəsilə səhnədə "yazılırdı". Eksperimentlər sırasına Loskutkovun öz qızı Liza (Fəridə Nesterenko) üçün nəzərdə tutduğu gəlinliyi, belə demək mümkünsə, qədimsayaq pultun köməyilə sanki göylərdən səhnəyə endirməsini və s. də misal göstərmək olar.
Aktyor oyununa gəldikdə, personajların hər birinin ifaçısı - Maqsud Məmmədov, Aleksey Saprıkin, Fərid Bəhramov, Lüdmila Saprıkina, Natiq Hüseynov, İlkin Mehdiyev - fərdiliyi ilə yadda qaldı. Tamaşanın bəstəkarı Eldar Babayev pyesin janrı ilə səsləşən musiqisi ilə ümumi quruluşa öz töhfəsini verir.
Maraqlıdır ki, Nekrasov dram əsərlərini heç vaxt seçilmiş əsərləri toplusunda dərc etdirməyib. 1844-cü ildə qələmə aldığı "Peterburqlu sələmçi" vodevili isə onun yaradıcılığında mühüm mərhələnin başlanğıcı kimi iz qoydu. Pyesin ilk tamaşası 1845-ci ilin iyununda baş tutub. Tamaşa haqqında teatr tənqidçilərinin rəyləri ürəkaçan olmayıb - bir qisim tənqidçilər Loskutkov obrazı həqiqətə uyğunsuzluqda, bir qisim isə vodevilin ümumi ruhunun və əsas personajın gerçəkliklə son dərəcə paralel təşkil etməsində tənqid ediblər. Əlbəttə, belə rəylər ilklər üçün təəccüblü deyil. Şübhə ola bilməz ki, vodevilin mövzusu və dili əbədi sənət nümunələrindəndir. Ehtimallar var ki, A.N. Ostrovski özünün "Yox yerdən altın" pyesində məhz "Peterburqlu sələmçi"dən bəhrələnib. Daha bir maraqlı fakt Nekrasovun bu vodevilinin teatr həyatının adda-budda olmasındadır - teatr rejissorları dəfələrlə onu tamaşaya qoymağa cəhd etsələr də, və ya qoysalar da, (vodevilin teletamaşa və kino həyatı daha uğurlu alınıb) bu günədək teatr tarixində qalacaq quruluş hələ ki məlum deyildi. Niyə "deyildi", çünki Rus Dram Teatrımızın bu tamaşasının həmin boşluğa son qoyacaq hadisə hesab etmək olar.
Samirə Behbudqızı
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
Fırçadan rəqəmsal dünyaya: TikTok-da sənəti ilə fərqlənən azərbaycanlı rəssamlar
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
XƏBƏR LENTİ
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi
-
"Qarabağ"dan Yankoviç və Silva açıqlaması
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi (TAM ÇIXIŞ)
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi





