Mədəniyyət

Azərbaycanlı aktrisa futbola baxmaq üçün Barselonaya gedib - FOTO

13 Sentyabr 2017 23:18
2 Şərh     Baxış: 2 865

Aktrisa Asya Atakişiyeva tədbirlərin birində görüntülənib.

Milli.Az xəbər verir ki, bu yaxınlarda İspaniya tətilindən qayıdan sənətçi yayı səmərəli keçirdiyini bildirib:

"Bu yayı İspaniyada, Barselonada keçirdim. Həm dincəlmək, həm də futbola baxmaq üçün getmişdim".

Yeni işləri barədə açıqlama verən sənətçi bu mövsüm iki serialla ekranlarda olacağını deyib:

"Bu mövsüm ATV-də yayımlanan "Barama" və Xəzər TV-də yayımlanan "Ata ocağı" serialında rol alacam. "Ata ocağı" həftəiçi hər gün efirə gələcək, orada obrazımın adı Bənövşədir. "Barama" serialında isə Günəş obrazını canlandıracam".

Aktrisa ona ünvanlanan "İki ayrı kanalla işləmək sizin üçün çətinlik yaratmırmı" sualına verdiyi cavabla diqqət çəkib:

"Onu açıqlaya bilmərəm, çünki ssenariyə zərər gələ bilər".

Qeyd edək ki, A.Atakişiyeva indiyədək Xəzər TV-nin bir neçə serialında rol alıb. Ona uğur gətirən ekran işi isə "Həyat sən nə qəribəsən" serialı olub. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Sunay · 13 Sentyabr 23:4300

    Salam dostlar necesiz

    Cavab yaz
  • Anonim
    Sevil ***** · 14 Sentyabr 08:0100

    Səni tanımıram ,amma salam )

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.