Dünya

Yolda təsadüfən saxlanılan gəncin maşını narkotik laboratoriyası çıxdı - FOTO

19 May 2024 15:30
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada polis təsadüfən saxladığı pikapın narkotik laboratoriyası olduğunu müəyyən edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Leninqrad vilayətində baş verib.

Məlumata görə, yol polisi əməkdaşları müntəzəm yoxlama üçün saxladıqları avtomobilin 27 yaşlı sürücüsü Vladislav P.-nin nəzərəçarpacaq dərəcədə həyəcanlı olduğunu görüblər və bundan şübhələnərək avtomobili yoxlamaq qərarına gəliblər. Təftiş zamanı polis pikapda çəkisi 70 kiloqramdan çox naməlum mayelərin olduğu 20 qutu və üç çəllək müəyyən edib. Sonradan onların içində mefedronun istehsalı üçün prekursorların olduğu öyrənilib.

Dindirilmə zamanı Vladislavın Xittolovo kəndi yaxınlığında istehsalat tullantılarının saxlanıldığı sahədə anbarı olduğu öyrənilib. O, "Amerikanskaya Derevnya" kottec icmasında bir evdə də laboratoriya təşkil edibmiş. Orada qab-qacaq, reaktor, tərəzi, avadanlıq, qoruyucu maskalar və çəkisi 146 kiloqram olan 35 ədəd hazır mefedron altlığı aşkar edilib.

Vladislava qarşı xüsusilə külli miqdarda narkotik maddələrin hazırlanması maddəsi ilə iş açılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.