"Yeddi oğul istərəm"in Cəlalı: "Axı kimə maraqlıdır mənim səhhətim?!"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın əməkdar artisti, aktyor Ənvər Həsənov "Report"a müsahibə verib.
Milli.Az həmin müsahibəni təqdim edir:
- Bir neçə gün bundan əvvəl səhhətinizdə problem olduğunu bildirdiniz. İndi necəsiz?
- Bəli. Demək olar, 3-4 aydır soyuqdəymədən əziyyət çəkirəm. Pirquluda bağ evim var, tez-tez oraya gedirəm. Yəqin həmin, evdə mənə soyuq dəyib. Hazırda ev şəraitində müalicə alıram. Mən son vaxtlar xəstəxanaya getmirəm. Çünki həkim dostlarımın əksəriyyəti dünyasını dəyişib, qalanları isə başqa sahə üzrə fəaliyyət göstərirlər. Tanımadığım həkimlərə isə müraciət etmirəm. Çünki başım çox bəlalar çəkib (siqaretini yandırır)... Gəlin, səhhətim yox, sənətim haqqında danışaq. Axı kimə maraqlıdır mənim səhhətim?! Hazırda qızım və nəvəm mənimlə yaşayırlar, kifayət qədər qayğıma qalırlar. Başqalarına əziyyət vermək istəmirəm. Ancaq fərqi yoxdur: ya kişi, ya qadın olsun. Hər bir insanın bu yaşlarda, xüsusilə də səhhəti yaxşı olmayanda yanında onu sevən birinə, həyat yoldaşına ehtiyacı var.
- Uzun müddətdir filmlərə çəkilmirsiniz. Görəsən, yenidən sizi ekranlarda görə biləcəyik?
- Əslində, seriala çəkilmək üçün dəvət edirlər. Bir dəfə gələn təkliflərdən birinə baxmaq qərarına gəldim. Ssenarini oxumaq istədim. Axı bilməliyəm serialın əvvəli, ortası və axırı necədir? Ancaq ssenarini vermədilər, həmçinin qonorar da məni qane etmədi.
- Əgər sirr deyilsə, nə qədər təklif edildiyini bilmək olar?
- Əlbəttə. Məvacib kimi 600 manat təklif olundu. Təbii ki, çəkiliş meydançası uzaqda olduğundan bu məbləğin yalnız avtomobilimin yanacaq puluna bəs edəcəyini düşündüm. Üstəlik, ən yüksək qonararın mənə veriləcəyini bildirdilər.
- Ümumiyyətlə, son zamanlar çəkilən filmləri bəyənirsinizmi?
- Xeyr. Təəssüf ki, maddiyyata görə yalnız müasir filmlərin çəkilməsinə üstünlük verilir. Axı nə qədər komediya filmləri çəkmək olar: bacanaqlar, bacılar, qardaşlar, yox bir əmiuşaqları (gülür)...
- Sizcə, problem nədən qaynaqlanır?
- Təbii ki, çəkiliş meydançasında olmadan heç kim haqqında fikir bildirə bilmərəm. Bəlkə də problem aktyorlarda yox, rejissorlardadır.
- Bəs dərs deməyiniz üçün təkliflər gəlirmi?
- Əlbəttə. Ancaq mən çəkiliş meydançasında böyümüş adamam. Müəllim kimi işləməyə səbrim çatmaz.
Qeyd edək ki, Ənvər Həsənov 17 avqust 1950-ci ildə Bakıda anadan olub. Aktyor "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa maraqlı obrazlar yaradıb. O, həyat yoldaşı aktrisa Mömünat Qurbanova ilə "Dərviş Parisi partladır" və "Atları yəhərləyin" filmində rol alıb.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
-
Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO
-
Ədalət Şükürov “Bir Yaz Axşamı” yubiley konserti ilə səhnəyə çıxacaq
-
Beynəlxalq Xalça Festivalı uğurla başa çatdı - FOTO
-
Filarmoniyanın aprel ayında keçirilmiş abonement konsertləri - FOTO
-
Gülnarə Xəlilovanın kolleksiyaları Astanada keçirilən ilk ekoloji layihə “Central Asia Green Runway” mükafatına layiq görülüb - FOTO
XƏBƏR LENTİ
-
Anasının və nənəsinin mirasının böyük hissəsini xərcləyib
-
CNN-in qurucusu vəfat etdi
-
Azərbaycanda ən sürətli yol bura oldu - 130km/saat
-
22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yaydı
-
Ukrayna Rusiyanın 9 May paradı atəşkəsini qəbul etmir
-
Elektron satınalmaların dəyəri 9% - dən çox artıb
-
Pis çıxmasın, biədəb nə etmişik ki?
-
Sabah Azərbaycandan tranzit keçməklə Ermənistana alüminium və taxıl göndəriləcək
-
Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs TUTULDU
-
"Mən bu qıza ZÜLM ETDİM"
-
Bunu etsəz 200 manatadək CƏRİMƏLƏNƏCƏKSİNİZ
-
76 yaşlı Kadir İnanırın son halı kədərləndirdi - FOTO
-
ABŞ gəmilərinə təhdid olarsa, cavab qaçılmazdır
-
"102 gün həbs yatdım, bir də qadın paltarı GEYİNMƏYƏCƏYƏM" - VİDEO
-
Baş nazirdən QƏRAR
-
“Real Madrid” daha bir türk ALIR
-
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
-
Türkiyə–Azərbaycan Kulinariya Forumu Bakıda keçirilib - FOTO
-
Asif Nəsirli dəfn edildi - YENİLƏNİB
-
Əməkdar artist üz gərmə əməliyyatından sonra BELƏ OLDU - VİDEO
-
Bitkoinin qiyməti 82.000 min dolları keçib
-
Anasını qətlə yetirən oğul MƏHKƏMƏDƏ
-
"İran ABŞ-ın sülh təklifini nəzərdən keçirir"
-
Muğam Mərkəzində dünya şöhrətli Dmitri Şostakoviçin 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO





