M.F.Axundov adına Milli Kitabxanada Yeni Yazarlar və Sənətçilər Qurumunun (YYSQ)təşkilatçılığı, Gənclər və Turizm Nazirliyinin maliyyə dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi İQƏAİM-nin təşkilati-texniki yardımıyla XI Bakı Kitab Bayramı keçirilib.
YYSQ-dan Milli.Az-a daxil olan məlumata görə, tədbirdə kitabxana.net saytının təqdimatı və Milli Kulturoloji Mükafat qaliblərinin mükafatlandırması da olub.
Tədbirdə Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan bildirib ki, "Yeni virtual oxu mədəniyyətinə yiyələnək!" devizi altında keçirilən builki kitab bayramı Azərbaycan Xalq Cümhuriyyətinin 93, Dövlət müstəqilliyimizin 20, xalq yazıçısı Mirzə İbrahimovun 100 illiyinə həsr olunub.
Daha sonra Milli Kulturoloji mükafat qaliblərinin adları açıqlanıb.
Millət vəkili Qənirə Paşayevanın üçcildlik "Tarixə adını yazan qadınlar" elmi-kütləvi kitabı "2010-cu ilin tarixi-publisistik kitabı", "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi "2010-cu ilin Mədəniyyət Qurumu", Solmaz Amanovanın "Gəncə xəzinəsi" və "Xurcun" kitabları "2010-cu ilin uşaq kitabı", İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə mühiti və müasirləri" elmi-monoqrafik əsəri "2010-cu ilin elmi kitabı", Şövkət Zərin Horovlunun "Arazdan gələn səs" əsəri "2010-cu ilin bədii romanı", Gülşən Behbudlu "Qarabağın qarabəxtliləri" kitabına görə "2010-cu ilin qadın yazarı", Müşfiq Xanın "Tənha canavar" bədii-detektiv romanı "2010-cu ilin detektiv kitabı", Zərifənin "Ülviyyət yuvası" poetik toplusu "2010-cu ilin şeirlər kitabı", Nailə İbrahimovanın "Ürəklə söhbət" poetik toplusu "2010-cu ilin ədəbi uğuru", M.F.Axundov adına Milli Kitabxana "2010-cu ilin kitabxanasi" nominasiyasında mükafat qazanıb.
"2010-cu ilin İncəsənət kitabı" nominasiyasında milli sənətimizin tədqiqatçısı, dosent Vidadi Muradovun Azərbaycan, rus və ingiliscə buraxdığı "Azərbaycan xalçaları: Qarabağ qrupu" albom-tədqiqatı qalib gəlib. Kitab Heydər Əliyev Fondunun dəstəyi ilə, "Azər-İlmə" MMC tərəfindən nəfis şəkildə çap edildiyinə, "Azərbaycan xalçaları: bütün məktəbləri" kulturoloji layihəsi ilə ölkəmizdə və beynəlxalq aləmdə milli xalçaçılıq sənəti barədə dəyərli tədqiqata, yüksək poliqrafik keyfiyyətdə nəşrinə, incəsənət ədəbiyyatı sahəsini zənginləşdirdiyinə görə Milli Kulturoloji Mükafata layiq görülüb.
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Qənirə Paşayevanın üççildliyi “2010-cu ilin tarixi-publisistik kitabı” seçilib
28 May 2011 19:35
Baxış: 334

DİGƏR XƏBƏRLƏR
-
World Artistic Dance Festival & Baku Flow 2025 — Azərbaycanda yeni rəqs ölçüsü - VİDEO - FOTO
-
Xalq artisti vəfat etdi - FOTO
-
Vəziyyəti ağırlaşan xalq artisti ilə bağlı açıqlama
-
Bakıda World Artistic Dance Festival çərçivəsində rəqs konqresi keçirilib - VİDEO
-
Bakıda “Dance Lab – Dances of the World” təşkil olunub – rəqs mədəniyyətlərin dili kimi - VİDEO
-
“Zəngəzur mahnısı” klipi ictimaiyyətə təqdim edilib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Slovakiyada təyyarə qəzası: Ölənlər var
-
Bu büclər tezliklə qismətlərini tapacaqlar
-
“Qarabağ”ın ÇL-dəki səfər matçlarını bu kanal yayımlayacaq
-
Salyanda 63 yaşlı kişini güllələyən şəxs saxlanılıd - YENİLƏNİB - FOTO
-
Ağdamda minik avtomobili traktora çırpılıb, yaralılar var - YENİLƏNİB
-
Qarnın tez-tez quruldaması xəstəlik əlaməti ola bilər - Açıqlama
-
Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var
-
“Turan Tovuz” “Qəbələ”yə qalib gəldi
-
İşə qəbul zamanı nələrə diqqət etməliyik?
-
Minlikdəki 6 universitetimiz - Davamı olacaqmı?
-
Şamaxıda növbəti Üzüm və Şərab Festivalının açılışı olub - FOTO
-
Mbappe şou göstərir, Arda Güler qol vurdu - VİDEO
-
Dərslərin başlama vaxtının dəyişdirilməsi müzakirə oluna bilər
-
Ağdaşda sel ziyan vurdu - VİDEO
-
“Hamburger” və “dondurma” sözlərini qadağan etdi
-
C vitamini bu şəxslərə xeyirdən çox zərər verir
-
Madriddə partlayış oldu - 21 yaralı var
-
Mobil telefon işlədənlərə pis xəbər - Bu sözlər avtomatik dinləməni işə salır
-
World Artistic Dance Festival & Baku Flow 2025 — Azərbaycanda yeni rəqs ölçüsü - VİDEO - FOTO
-
Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər!
-
Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq
-
"İmişli" "Sumqayıt"ı məğlub etdi, lakin 3 xalı qazana bilməyəcək
-
Xocalının Daşbulaq kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olundu - FOTO
-
Elməddin Cəfərov uzun fasilədən sonra efirə qayıdır