Mədəniyyət

"Şərikli çörək" filminin ssenaristi 76 yaşlı Alla Axundova - FOTO

12 İyun 2016 08:39
5 Şərh     Baxış: 4 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər birimizin dönə-dönə izlədiyi, sevə-sevə baxdığı "Şərikli çörək" filminin bir sıra yaradıcıları səhnə arxasında qalıb. Daha doğrusu, filmdəki aktyorları yaxşı tanısaq da, onları rola salan, obrazlaşdıran, uğurlu qəhrəmana çevirən əsl sənətkarları yetərincə tanımırıq.

Milli.Az bildirir ki, publika.az-ın barəsində söhbət açacağı Alla Axundovanın adı "Şərikli çörək" filminin titrlərində ssenari müəllifi kimi yazılır.
 
Film ssenarist Alla Axundovanın kinoda ilk işidir. Sözün əsl mənasında həm də uğurlu işidir. Bunu sübut etmək üçün təkcə ekran əsərinin 47 ildir sevilə-sevilə baxılmasını qeyd etmək yerinə düşür.
 
Bəs Alla Axundova kimdir? O, 1939-ci ilin noyabrında Moskvada qulluqçu ailəsində anadan olub. 1964-cü ildə M.Qorki adına Ədəbiyyat İnstitutunu, 3 il sonra isə ali ssenari kurslarını bitirib. 1957-ci ildən şeirlərini nəşr etdirməyə başlayıb. Müxtəlif şeirlərin müəllifi olan Alla Axundova bir sıra qısametrajlı, eyni zamanda cizgi filmlərinin müəllifidir.
 
Əsərləri ingilis, ərəb, gürcü, türk dillərinə tərcümə edilmiş Alla Axundova Azərbaycanın əməkdar incəsənət xadimi (1988), Respublika Dövlət mükafatı laureatıdır (1970).
 
"Şərikli çörək" (film, 1969), "Cırtdan" (film, 1969), "Var olun, qızlar..." (film, 1972), "Şahzadə-qara qızıl" (film, 1974), "Alma almaya bənzər" (film, 1975) "Şir evdən getdi (film, 1977)", "Bizi bağışlayın" (film, 1979), "Uşaq və külək", (film, 1982), "Təqib" (film, 1984), "Bahar əyləncələri" (film, 1989) kimi ekran əsərlərinin yaranmasında misilsiz xidmətlər göstərib.
 
Bir çoxları əsərləri Rusiyada, hətta uzaq Yaponiyada tərcümə olunmuş Alla Axundovanın yalnız dramaturq, şairə deyil, həm də kinoşünas kimi tarixə düşdüyünü bildirirlər. Tanınmış kinorejissor Oqtay Mirqasımov deyir ki, Yazıçılar Birliyinin və Rusiya Kinematoqrafçılar İttifaqının üzvü Alla Axundova təkcə "Şərikli çörək" filminin ssenarisini yazmaqla kino tarixinə daxil oldu.
 
Dostları Moskvada yaşayıb-yaradan, orada Azərbaycan ədəbiyyatını təbliğ edən Alla Axundovanın uşaqlıq illərinin çətin və sınaqlı olması ona həyatın hər üzünü göstərib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.