Mədəniyyət

Azərbaycanlı aktyor: "Üç ildir ki, dörd divar arasındayam" - FOTO

4 Aprel 2016 21:30
0 Şərh     Baxış: 7 376
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Onlar üçün çox darıxıram"

Tanınmış aktyor İlyas Əhməd artıq bir neçə ildir ki, çalışdığı doğma Akademik Milli Dram Teatrından uzaq düşüb. Aktyor teatra yenidən qayıtmaq istəyi haqda Milli.Az-a açıqlama verib:

"Artıq bir müddətdir ki, doğma teatrımda çalışmıram. Əlbəttə ki, darıxıram və teatr və səhnə üçün acmışam. Evdə öz-özümə məşq etməklə qidalanıram. Zarafat deyil, üç ildir ki, evdə dörd divar arasındayam. Filmlərə də çəkilmirəm, sənətimi yalnız daxilimdə inkişaf etdirirəm. Filmlərdə çəkilməməyimin səbəbi isə hər yerindən duranın rejissor olub film çəkməsidir. Bunun üçün də filmlərdə çəkilməyə razılıq vermirəm. O ki qaldı hansı sənətkarlar üçün darıxdığıma... Hansı sənətkarlar mənim üçün darıxıblarsa, mən də onlar üçün darıxmışam. Teatra yenidən qayıtmağa cəhd göstərirəm, inşallah, yaxşı olar".

Qeyd edək ki, aktyor İlyas Əhməd teatrın keçmiş direktoru İsrafil İsrafilovla aralarında baş vermiş konflikt nəticəsində öz ərizəsi ilə teatrı tərk etmişdi. O 10 il teatrın səhnəsində yadda qalan obrazlarla çıxış edib.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.