Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Belə Səttarımız yox idi
30 Aprel 2015 18:38
0 Şərh
Baxış: 2 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq rəssamı Səttar Bəhlulzadənin obrazı, Səttar şəxsiyyəti bir çox rəssam və heykəltəraşları, şairləri cəlb edib. Fuad Əbdürrəhmanov, Ömər Eldarov, Elmira Şahtaxtinskaya, Tağı Tağıyev, Toğrul Nərimanbəyov, Vasili Necitaylo və başqa görkəmli sənətkarlar böyük rəssamın şəxsiyyətinə və sənətinə olan sevgi və ehtiramın nümunəsi kimi onun portretlərini yaradıblar.
Milli.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, S.Bəhlulzadənin ev-muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssamın ailə üzvü Pərzad Abdinovanın apardığı araşdırmalar nəticəsində Özbəkistanda S.Bəhlulzadənin daha bir portreti aşkarlanıb. Rəssamın çoxsaylı portretlərindən birinin müəllifi Özbəkistan və Tatarıstanın xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Çingiz Əhmərovdur.
S.Bəhlulzadənin ev-muzeyindən bildirilib ki, 1979-cu ildə yaradılmış "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti" adlı rəsm əsəri (75 x 85 sm) hazırda Özbəkistan Bədii Akademiyasında saxlanılır.
Ç.Əhmərovun S.Bəhlulzadə ilə tanışlığı V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil aldığı illərə təsadüf edir.
Aşkar edilən rəsm əsəri Ç.Əhmərovun çəkdiyi S.Bəhlulzadənin ikinci portretidir. Belə ki, əvvəllər məlum olan "Səttar Bəhlulzadə" portretində Ç.Əhmərov azərbaycanlı rəssamın profilini təsvir edib, bu zaman rəssamın əlləri və barmaqlarını önə çəkib.
Mavi tonlarda işlənmiş "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti" fərqli tərzdə icra olunub. Burada S.Bəhlulzadə gənclik illərində təsvir edilib. Portretdə diqqəti ilk cəlb edən Səttarın ifadəli iri gözləridir. Xəyala dalmış nəzərləri, oturuşu gənc rəssamın romantikliyindən, başının dikliyi, dodaqları isə xarakterinin mətinliyindən xəbər verir.
Qeyd edək ki, S.Bəhlulzadənin ev-muzeyi tərəfindən "Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin portreti" adlı rəsm əsərinin kətan üzərində olan eyni ölçülü surəti hazırlanıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir