Zarina Qurbanova: "Ziyadan aldığım enerjini heç bir tərəf-müqabilimdən almamışam" - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktrisa Zarina Qurbanovanın müsahibəsi.
- Zarina, necə oldu ki, bu filmə dəvət aldın?
- Filmin rejissoru Ramil Ağasıyev kastinqə dəvət etdi. Növbəti gün görüşə gəldim. Şəkil, videoyoxlanış - və deyəsən, xoşlarına gəldim.
- Ssenarini oxuyanda oynayacağın rol səndə hansı təəssüratı oyatdı?
- İlk dəfə ssenarini oxuyanda dondum. Söhbət xərçəng xəstələrinin həyatından gedirdi, bu isə mənə xərçəng xəstəliyi səbəbindən həyatını itirmiş doğmalarımı xatırlatdı. Yenə də oxudum. Hadisələr gözlərimin önündə canlandı. İçimdən bir hiss keçdi: nə, necə - bilmirəm, amma mən bu işə ürəyimi qoyacam. Bu düşüncə, bu hisslərlə hər şey başlandı.
- Çəkiliş prosesində heç rejissorla aranızda hər hansı bir fikir ayrılığı oldumu?
- Ramil bəylə hazırlıq dövründə anlaşmadığımız məsələlər oldu. Mən başqa şey hiss edirdim, o başqa şey görürdü. Tam səmimi deyim ki, bu filmə qədər harada oynamışamsa rejissor "əla, bravo, keçək növbəti səhnəyə" deyirdi. Burada isə tam tərsinə oldu. Necə deyərlər, Ramil Arzunu yaratmaq üçün Zarinanı xəmir kimi "yoğurdu". Məşqlərdən sonra ortaq məxrəcə gələ bildik. Sağ olsunlar, Vaqif Əsədovla Rasim Cəfər də mənə kömək oldular.
- Filmdəki tərəf-müqabilin ürəyincə idimi?
- İlk tanış olduğumuz gün yadımdadır. Prodüserimiz Ziyanı göstərib dedi ki, "Necədir, xoşuna gəlir?" Cavabında: "Xarizmatikdir, amma zövqümdə deyil", - dedim. Aktyor olmadığını bilirdim, amma açığını deyim ki, bu günə qədər oynadığım tərəf-müqabillərimin heç birindən Ziyadan aldığım enerjini almamışdım. Ən vacib olan da budur - qarşındakı partnyoru hiss edib enerji alasan.
- Filmdəki qəhrəmanla eşq yaşayırsınız. Maraqlıdır, həyatda münasibətləriniz necədir, hələ ona aşiq olmamısan ki?
- Yox, Ziya mənim üçün xətrini çox istədiyim, hörmət elədiyim biridir sadəcə. Çox yaxşı dostuq hazırda.
- Filmdəki öpüş səhnəsi ilə bağlı nə deyə bilərsən?
- Bir söz deyim ki, film həyatda olanların əksidir. Mən aktrisayam və həyatda normal olan hissləri, yaşantıları tamaşaçıya olduğu kimi çatdırmalıyam.
- Çəkilişlər ən çox hansı hadisələrlə yadda qaldı? Heç ekstrim vəziyyətlər oldumu?
- Paraşütlə tullandığımız səhnədə olan həyəcanı yaşamamışdım indiyə qədər. Deməli, çəkim az olduğundan külək məni düşündüyümüz çəkiliş məkanına yox, başqa kəndə apardı. Bir də eşitdim ki, aşağıdan hamı niyəsə qışqırır. Aşağı baxanda gördüm ki, kəndin ümumi elektrik blokunun üstünə uçuram. Həmin anda nə yaşadım - bir allah bilir. Gözlərimi yumub bərkdən gülməyə başladım, çünki son dəqiqələrim idi. Düz enerji blokunun üstünə düşdüm, kənd camaatının səsi hələ də qulağımdadır. Nə yaxşı ki, elektrik kəsilmişdi. Ayağım bərk əzilmişdi. Amma gözümə bu görünmürdü, təki filmimiz alınaydı.
- Səncə, izləyicilər tərəfindən bu film seviləcəkmi?
- Nə olacağını, tamaşaçıların necə qarşılayacağını bilmirəm. Bildiyim bir şey var ki, biz komanda olaraq bir-birimizə inandıq. Hər birimiz bu filmə ürək qoyduq. Çalışdıq ki, "Arzuların ardınca" kimin üçünsə mübarizə olsun, bir başqası üçün arzularına inam olsun, həyat eşqi ilə yaşamaq olsun.
Mill.Az
Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Komaya düşən əməkdar artistin son vəziyyəti açıqlandı
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
XƏBƏR LENTİ
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama





