160 yaşlı kişinin taleyini milyonlara göstərdi, sevdirdi, heyf ki, özü cəmi 68 yaş yaşadı.
Milli.Az Vikipediya-ya istinadən bildirir ki, aktyor Hüseynağa Sadıqovun bənzərsiz səsi və xarakterik sifət cizgiləri vardı. Bəstəboy idi və bu xüsusiyyət onun tipik Gənc Tamaşaçılar Teatrının aktyoru kimi formalaşmasında başlıca amillərdən olub.
Duzlu komizmi vardı və bu ifadə vasitəsindən xarakterik və tipik obrazlar yaratmaqda məharətlə istifadə edirdi. Uşaqların sevimli səhnə personajları ayı, tülkü, xoruz rolundan tutmuş, el qəhrəmanlarına qədər ən mürəkkəb obrazların ifasında uğurlar qazana bilib. Ancaq qroteski satirik və karnaval estetikalı yumoristik obrazların ifasında aktyorluq imkanları daha bədiiliklə pardaxlanıb.
Əslən Cənubi Azərbaycandan olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona məsul rollar tapşırılıb.
GTT-də əlli ildən çox aktyorluq etmiş sənətkarın əsas rolları bunlardır: Pitli ("Əfilər", Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "El oğlu" və "Bir saat xəlifəlik", Abdulla Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov ("Seryoja Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufaldino ("İki ağanın bir nökəri", Karlo Qaldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim ("Anacan", Yusif Əzimzadə), Spid ("İki veronalı", Uilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələşdirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər Coşqun), Şah Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), aptekçi ("Romeo və Cülyetta", Uilyam Şekspir), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli). "Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Respublika Lenin komsomolu mükafatına layiq görülüb.
Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltiflənib.
Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. Nur içində yatsın!
Ona həsr olunmuş süjeti təqdim edirik:
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"160 yaş nədir ki, söhbət iki yüzdəndir" - VİDEO
22 Mart 2015 14:54
0 Şərh
Baxış: 4 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
"Qu gölü" baleti "Mariinskiy" teatrının aparıcı solistləri tərəfindən ifa olundu - FOTO
-
Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib - FOTO
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Yeni il səyahəti” adlı konsert proqramı ilə çıxış edəcək
-
Meksikada əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə "Şelkunçik" baletinin premyerası keçirilib - VİDEO - FOTO
-
“Qu gölü”ndə hər iki günə bilet tükəndi - VİDEO
-
“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub - FOTO
XƏBƏR LENTİ
-
Bu rəng var-dövlət və uğur GƏTİRƏCƏK - Dekabr üçün pul manikürü
-
Niyə gündə üç dəfə yemək vacibdir? - Diyetoloqdan xəbərdarlıq
-
Yeni il gecəsində hansı rənglərdə geyinmək xoşbəxtliyi, pulu və sevgini UZAQLAŞDIRIR?
-
"Dedi ki, gözəl görünüşün var, canlı oxuya bilməsən də, MÜĞƏNNİ OL" - VİDEO
-
Yeni il süfrələrinin sevilən içkisi: Eggnog resepti
-
Yeni yolun istifadəyə veriləcəyi tarix açıqlandı - VİDEO
-
Ağakərimin dostu: "Oğlu dedi ki, tez özünü bizə çatdır"
-
Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-nin rolundan danışıb
-
Türkiyə gözəli seçildi - FOTO
-
Rusiyada pansionatda 30 nəfər zəhərlənib, ölən var
-
Artıq qalan qatıqdan nə hazırlamaq olar? Həm yüngül, həm də zərif desert resepti
-
Günün qoroskopu: Gözlənilməz xəbər planlarını dəyişə bilər
-
Qaynanmış yumurtanı tezbazar soymağın ən asan üsulu
-
"Qu gölü" baleti "Mariinskiy" teatrının aparıcı solistləri tərəfindən ifa olundu - FOTO
-
Direktoru divara itələyən müəllimlə bağlı rəsmi açıqlama - VİDEO
-
Tanınmış aktrisa ilə bağlı qərar verildi - YENİLƏNİB - FOTO
-
Sürücülərin NƏZƏRİNƏ: 40 manat cərimələnə bilərsiniz
-
Abşeronda 22 yaşlı oğlanın ölümünün təfərrüatı məlum oldu - FOTO
-
Ronaldo əzələlərini nümayiş etdirdi - FOTO
-
Vüsalə sarışın oldu - FOTO
-
AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib? - Açıqlama
-
Asəf Zeynallı. Seçilmiş əsərlər” kitabının təqdimatı keçirilib - FOTO
-
Kamran Əsədov ittihamlardan sonra ilk dəfə DANIŞDI - FOTO
-
İki fransalı futbolçu Azərbaycandan deportasiya olundu





