Mədəniyyət

Azərbaycanlı aktyorlar mükafatlandırılıblar - FOTO

5 Fevral 2015 15:40
Baxış: 1 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup əməkdaşı ilə görüş keçirilib. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, MİHİRK-nin sədri Cəmilə Səttarovanın rəhbərliyi ilə baş tutan görüşdə əməkdar artistlər Almaz Mustafayeva, Atabala Səfərov, aktyor Məhərrəm Musayev və teatrın Həmkarlar Komitəsinin sədri İlham Əsədov iştirak ediblər.

Görüşdə teatrdakı yaradıcı mühit, hazırlanan tamaşalar və yeni layihələr haqqında ətraflı müzakirələr edilib.

Tədbirin sonunda tanınmış aktyorlar milli teatr sənətinin inkişafındakı xidmətlərinə, kollektivin ictimai həyatında fəal iştirakına görə və doğum günləri münasibətilə Fəxri fərmanlarla mükafatlandırılıblar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.