Mədəniyyət

Ülviyyə Həmzəyeva: "Bu suala cavab vermәk bir az çәtindir..." - FOTOSESSİYA

16 Oktyabr 2014 01:30
1 Şərh     Baxış: 5 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Naxçıvan MR-in Rəssamlar İttifaqının sədri, əməkdar rəssam Ülviyyə Həmzəyevanın Milli.Az-a müsahibəsi.

- Hər zaman müsahiblərimə ilk olaraq belə bir sualla müraciət edirəm: Özünüzü oxucuya necə təqdim edərdiniz?

- Rәssam Ülviyyә Hәmzәyeva.

- Sözün əsl mənasında kübarlığınız rəsmlərinizdən də görünür. Sizcə, xanımların rəssamlıqda sayının az olmasına səbəb nədir?

- Bu suala cavab vermәk bir az çәtindir. Mәnim qadın olaraq şansım gәtirib. Sәnәtlә mәşğul olan qadın hәm gәlәcәyin anası, evinin xanımı vә çox zaman ailәsindә dәstәk görmәyәn biri olur. Lakin qadına hәm ata evindә, hәm də yoldaşı dayaq olursa, onda sәnәti davam etdirmәk olar. Yoxsa bizim yaxşı xanım rәssamlarımız çoxdur.

- Deməli, sizin həm ata evində, həm də xanımı olduğunuz evdə bəxtiniz gətirib?

- Bunu inkar etmәk olmaz. Böyük istәk və çәtinliklәr olsa da. Bәlkә dә әn böyüyü elә istәkdir. Sәnin bu sәnәtsiz yaşaya bilmәyәcәyin bir düşüncә.

- Rəssam olmaq bir xanım üçün nə deməkdir?

- Yalnız qadın üçün yox, hәr bir rәssam üçün "qanaddır": biz öz dünyamızda istәdiyimizi edirik vә bunu әlimizdәn heç kәs ala bilmәz. Biz özümüzü bir quş tәk qanadlandıraraq ucalda vә oradan özümüzü ata da bilәrik... Xәyali olaraq.

- Mən Azərbaycan qadınının böyüklüyünü heç zaman danmamışam və Azərbaycan əsilli qadınlar haqqında olan yazılarımda hər zaman onlarla fəxr etmişəm. Belə desək, respublikanın əməkdar rəssamı, Naxçıvan Ali Məclisinin IV çağırış deputatı olan içtimai-siyası xadim, Dünya Rəssamlıq Akademiyasının da həqiqi üzvü, ilk xanım rəssamsınız Azərbaycan tarixində ki, sədrsiniz. Beynəlxalq dərəcədə təsdiqlənən, mükafat alan ilk azərbaycanlı xanım rəssam. Şəxsən mən sizinlə fəxr hissi duydum! Amma bayaq özünüzü təqdim edəndə sadəcə rəssam Ülviyyə Həmzəyeva dediniz...

- Bu sualdır? (gülür) Hәr kәsin bu hәyatda bir missiyası var. Vә mәn öz ölkәmi, Azәrbaycanı hәdsiz sevirәm, doğulduğum Azərbaycanımızın qәdim vә gözәl şәhәrlәrindәn biri olan Naxçıvansız qala bilmirәm. Amma bir rәssam kimi istәyirәm vətәndaşlıq borcumu yerinә yetirim. Bir rәssam kimi. Mәn heç zaman bir fәrdin uğuruna yox, Azərbaycanımızın uğuruna sevinmişәm.

- Son möhtəşəm uğurunuzdan danışaq bir az. Sakit Məmmədov kimi sənətkarla bir beynəlxalq tədbirdə çıxışınızdan və aldığınız mükafatdan...

- Müsabiqә tipli sәrgi vә ya festivallarda iştirak etmәyi o qәdәr dә istәmirәm. Çünki hәr bir rәssamın öz unikal dәst-xәtti var, heç kәsә heç nә sübut etmәli deyil vә heç bir rәssam öz üslubunun digәr rәssamın üslubundan üstün olduğunu sübut etmәyә çalışmamalıdır. VIII "Vera" beynәlxalq festivalında görkәmli rәssamlarla sәrgilәnmәk vә tanış olmaq hәr zaman xoşdur. Azәrbaycandan müasir rәssamlar Sakit Mәmmәdov, Fәrid Әlәkbәrovdan başqa, dünya şöhrәtli azәrbaycanlı rәssam Tahir Salahov, Zurab Tsereteli, Slava Zaytsev kimi dünya şöhrәtli qocaman ustadlarla sәrgilәnmәk daha da xoş idi. Bu festivalda mәnә әn yüksәk "Unikal Milli Orijinallıq" nominasiyası üzrә mükafat verildi. Vә Azәrbaycanın adı bu tәtbirdә birinci olaraq sәslәndi. Onu da qeyd edim ki, rәsm üzrә belә nominasiya nәzәrdә tutulmamışdı. Əsәrlәrimә baxış keçirәn beynәlxalq münsiflәr heyәti bu nominasiyanı xüsusi olaraq tәyin etmişdi. Qeyd edim ki, beynәlxalq münsiflәr heyәtinә dünya şöhrәtli rәssamlar, dizaynerlәr vә kolleksiyaçılar daxil idi. Bunlardan Tahir Salahov, Pierre Cardin kimi nәhәnglәri göstәrmәk olar...

- Şəxsən söz tapa bilmirəm. Çox şadam və daha doğrusu, suallarım yadımdan çıxdı... Rəhbərlik etdiyiniz ittifaqda nə yeniliklər? Yeni mövsüm başlayıb artıq. Naxçıvanda hansı mövzulu sərgiləri, müsabiqələri və ya xatirə sərgilərini düşünürsüz?

- 2014-cü ildә Naxçıvan Rәssamlar Birliyi üçün әn yaddaqalan hadisә Naxçıvan Muxtar Respublikası rәhbәrliyinin dәstәyi ilә "Naxçıvan - bәşәriyyәtin beşiyi" II beynәlxalq rәsm festivalının keçirilmәsi olmuşdur. Festivala 7 ölkәdәn rәssamlar qatılmışdılar. Rәssamlar Birliyi son bir neçә ildə daha da maraqlı sәrgilәrә vә festivallara imza atıb. Bu il bizim bir çox layihəlәrimiz var. Bura yubiley sәrgilәri, festivallar vә bir sıra müsabiqәlər daxildir.

- Əlavə suala ehtiyac duymuram daha. Mənə elə gəlir, oxucular həm sizin, həm də rəhbərlik etdiyiniz təşkilatın fəaliyyətindən xəbərdar oldular. Sizə cansağlığı, bundan sonrakı işlərinizdə uğurlar arzulayıram. Hələ ki, son olaraq nə demək istərdiniz?

- Çox sağ olun bir daha. Sizә uğurlar arzu edirәm...

Səyavuş Əlizadə
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.