Ermənistanda fəxri ad almış azərbaycanlılar - SİYAHI - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hansı ölkədə yaşamaqlarından asılı olmayaq, soydaşlarımız öz istedadları ilə tarixən gərgin münasibətlərdə olduqları ermənilərin də rəğbətini qazanıblar.Azərbaycan xalqının incəsənət sahəsindəki uğuru hər kəs tərəfindən qəbul olunur
Milli.Az xəbər verir ki, modern.az saytı sovet dövründə Ermənistanın fəxri adlarını qazanan azərbaycanlıların siyahısını təqdim edir.
Ermənistan xalq artistləri
Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1962-ci ildə Ermənistanın xalq artisti adını qazanıb. Daha çox maestro Niyazi adı ilə tanınmış dirijor və bəstəkar 1912-ci il avqustun 7-də Tiflisdə anadan olub. Azərbaycana bir çox musiqiçilər bəxş etmiş tanınmış Hacıbəyovlar nəslindən olan maestro Niyazi 1951 və 1952-ci illərdə Stalin mükafatı, 1959-cu ildə isə SSR xalq artisti adını qazanıb. Yalnız bundan sonra onun istedadı Ermənistan SSR-də qiymətləndirilib. Niyazi Tağızadə-Hacıbəyov 1979-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru kimi çalışmağa başlayıb. Dirijor-bəstəkar 1984-cü il avqustun 2-də Bakıda dünyasını dəyişib.
Zeynəb Xanlarova 1978-ci ildən Ermənistan SSR xalq artistidir. 1936-cı il dekabrın 28-də Bakıda anadan olan Z.Xanlarova Azərbaycanın ən məşhur müğənnilərindən biri olub. Tez-tez qastrol səfərlərində olan sənətçi Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da xalq artisti adını qazanıb.
1980-ci ildə isə Zeynəb Xanlarova SSRİ xalq artisti fəxri adını alıb. O, hazırda Azərbaycan Milli Məclisinin deputatıdır.
Sürəyya Sədrəddin qızı Qacar 1954-cü ildə Ermənistan SSR xalq artisti adını qazanmış məşhur opera müğənnisidir. O, 1910-cu il mayın 1-də Şuşa şəhərində andan olub. 1927-ci ildən Azərbaycan Opera və Balet Teatrının, 1940-cı ildən isə Dövlət Filarmoniyasının aparıcı solisti olub. 1946-1957-ci illər ərzində Sürəyya Qacar Ermənistan Dövlət Filarmoniyasının solisti olub. 1992-ci ildə dünyasını dəyişib.
Əməkdar artistlər
Yunis Hacı Süleyman oğlu Süleymanov 1935-ci ildə Ermənistanın əməkdar artisti adını qazanmış azərbaycanlılardan biridir. Daha çox yaradıcı təxəllüsü il - Yunis Nuri adı ilə tanınan aktyor 1878-ci il yanvarın 23-də İrəvanda anadan olub. O, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri sayılır. Ömrü boyunca İrəvanda yaşayan və yaradan Y.Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.
Əli Fətullah oğlu Şahbazlı 1945-ci ildə Ermənistanın əməkdar artisti adına layiq görülüb. 1896-cı ildə anadan olmuş Ə.Şahbazlı da Azərbaycan İrəvan Dram Teatrı ilə sıx bağlı olub. Teatrda rejissor və aktyor kimi çıxış edən soydaşımız 1973-cü ildə dünyasını dəyişib.
Əməkdar rəssam
Cabbar Əli oğlu Quliyev 1967-ci ildə Ermənistanın əməkdar artisti fəxri adını alıb. O, 1922-ci ildə Zəngibasar mahalında anadan olub. Böyük Vətən müharibəsi zamanı Mehdi Hüseynzadə ilə birlikdə İtaliyada partizan hərəkatında iştirak edib. Müharibədən sonra Cabbar Quliyev İrəvan teatrında rəssam kimi çalışıb və yerli ali təhsil müəssisələrindən birində dərs deyib. 80-ci illərin sonlarında isə Azərbaycan köçməyə məcbur olub. Hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Əməkdar İncəsənət xadimləri
Sabir Ələkbər oğlu Rzayev 1975-ci ildə Ermənistanın əməkdar incəsənət xadimi adını qazanıb. O, 1924-cü il aprelin 17-də İrəvan şəhərində anadan olub. Tanınmış kino tənqidçisi, kinoşünas və ssenarist kimi bütün ömrünü Ermənistan kinematoqrafiyasının inkişafına həsr edib. Sabir Rzayev erməni kino tənqidçiliyi sənətinin əsasını qoyub və uzun illər Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini, Ermənistan Kinematoqrafçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb. O 1978-ci il dekabrın 20-də İrəvanda vəfat edib.
Baxşı Həsən oğlu Qələndərli Ermənistan SSR əməkdar incəsənət xadimi. Tanınmış teatr rejissoru 1903-cü il iyulun 20-də anadan olub. O uzun illər ərzində (1934-1951) Azərbaycan İrəvan teatrının baş rejissoru kimi çalışıb. Daha sonralar isə Naxçıvan Dövlət Musiqili Dram teatrında baş rejissor kimi çalışıb. B. Qələndərli 1985-ci il sentyabrın 14-də Naxçıvanda vəfat edib. Onun cənazəsi İrəvanda dəfn olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







DİGƏR XƏBƏRLƏR
-
85 il sonra… Bakıda Azərbaycan cazına həsr olunmuş tarixi konsert keçiriləcək (Video)
-
Fidan Hacıyeva yubileyini möhtəşəm üç aylıq Beynəlxalq Opera Festivalı ilə qeyd edəcək - (Video)
-
Bakı dünya rəqs bayramına dəvət edir – Eldar Cəfərovun video müraciəti
-
20-dən çox ölkənin nümayəndələrinin iştirakı ilə keçiriləcək Azerbaijan Dance Festival 2026-nın proqramı təqdim olunub – biletlər satışda - (Video)
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
XƏBƏR LENTİ
-
2 qarpız Avstraliyada siyasi qalmaqal yaratdı
-
Bakıya uçan təyyarə təcili eniş etdi
-
Bakının mərkəzində sərnişin avtobusu yanıb - (Video)
-
Tramp üçüncü dəfə namizədliyini irəli sürə bilərmi?
-
"Qalatasaray"ın əsas hədəfi
-
Hüseyn Həsənovdan xəbər var
-
Yevlaxda ağır qəza - 2 ölü, 2 yaralı var
-
"Sabah"a tarixi uğur qazandıran baş məşqçi - Valdas Dambrauskas kimdir?
-
Elgün Səmədova yeni vəzifə verildi
-
AzTV-nin əməkdaşı Mərdəkanda dənizdə batdı (Foto)
-
Cəlilabadda zəncirvari qəza - 3 nəfər xəsarət alıb
-
Lukaku "Fənərbaxça"da
-
İran Hörmüzlə bağlı yeni qanun hazırlayır
-
"Sabah" insidentlə bağlı bəyanat yaydı
-
85 il sonra… Bakıda Azərbaycan cazına həsr olunmuş tarixi konsert keçiriləcək (Video)
-
“Anladım ki, onunla ailə qurmalıyam” - Azər Aydəmir
-
“Çelsi” Pep Çavariyanı transfer etdi
-
Bu ilin son Günəş tutulması başlayıb
-
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
-
Kürdə batan gəncin axtarışları davam etdirilir - Yenilənib - (Video)
-
İdman tarixinin ən bahalı satışı reallaşdı
-
Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var
-
Ronaldo Messinin paylaşımına şərh yazdı (Foto)
-
Yasamalda oğurluq edən şəxslər saxlanılıblar





