Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi, Cabbar Qaryağdıoğlunun "Şərq musiqisinin incisi" adlandırdığı Seyid Şuşinski 1889-cu ilin bu günü Füzuli rayonunun Horadiz kəndində anadan olub. Uşaqkən valideynlərini itirən Seyid xanəndə olan xalası Məşədi Hürzadın himayəsində böyüyür. Seyidin peşəkar xanəndə kimi yetişməsində Şuşa mühitinin həlledici rolu olub.
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, xanəndəlik sənətinin sirlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada M. M. Nəvvabın musiqi məktəbində təhsil alıb. 1913 və 1914-cü illərdə "Ekstrafon" aksioner cəmiyyəti tərəfindən Kiyevdə onun ifasında bir sıra muğamlar vala yazılıb. S.Şuşinski 1919-cu ildən Bakıda yaşayıb, fəhlə klublarında konsertlər verib, teatr tamaşalarında, konsertlərdə çıxış edib.
Seyid Şuşinski ictimai-siyasi mövzuda olan "Ayıl, ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s. şeir və qəzəlləri ilə xalqı mübarizəyə çağıran ilk xanəndə olub.
Daha sonra Tiflisdə fəaliyyət göstərmiş Seyid Şuşinski xanəndəlik sənətini daha da təkmilləşdirib, bədii zövqü və səhnə ustalığı formalaşmışdı. Onun oxuduğu "Çahargah", "Hümayun", "Rast", "Mahur", "Zabul", "Şahnaz", "Mirzə Hüseyn seygahı" muğamları, "Mani", "Arazbarı", "Mənsuriyyə" zərbi muğamları musiqi xəzinəmizdə bəzərsiz sənət əsərləri kimi özünəməxsus yer alıb.
1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinifində müəllimlik etməyə başlayır. 1939-1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti olub, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyib.
O, bir çox muğamlara yeni guşələr əlavə edir, bir çox muğamları birləşdirib oxuyur. Bunlardan "Rast-Hümayun", "Qatar-Bayatı", "Şur-Şahnaz" dəstgahları diqqətə layiqdir. Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarının yazılmasında da məsləhətçi kimi böyük köməyi olub.
O 1956-cı ildə xalq artisti,1961-ci ildə isə əməkdar müəllim adlarına layiq görülüb. Lakin bu qədər hörmətə, şan-şöhrətə malik, sənətin zirvəsinə qalxan Seyid Şuşinskinin son günlərində qayğısına qalan yalnız tələbələri idi. Müğənnilərdən H. Rzayeva, Y. Kələntərli, Ə. Əliyev, R. Muradov, Z. Xanlarova, İ. Rzayev və b. onun yetişdirmələridir. S.Şuşinski 1 oktyabr 1965-ci ildə 76 yaşında dünyasını dəyişib. Xalqın iradəsi ilə onu Fəxri xiyabanda dəfn ediblər.
Milli.Az
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Əfsanəvi muğam ustadımızın ad günüdür
12 Aprel 2014 11:24
0 Şərh
Baxış: 880

DİGƏR XƏBƏRLƏR
-
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
-
Gəncədə Vaqif Poeziya Günləri keçirilib - FOTO
-
Akademik Musiqili Teatr 115-ci mövsümünə yekun vurdu
-
İlham Əsgərova ağır itki - FOTO
-
Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü
-
"Son 25 il ərzində Azərbaycan öz irsinin qorunmasına sadiqliyini nümayiş etdirib"
XƏBƏR LENTİ
-
"Trampın üzünə telefonu qapadım" - BBC-nin müxbiri
-
İyulun 16-dan bu ölkəyə vizasız gedəcəyik
-
Klublar dünya çempionatında "qaz vurub, qazan doldurdular"
-
Dünya onu gözəlliyi ilə tanıdı - Bu FOTOları ilə interneti fəth etdi
-
Daha bir maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO - FOTOlar
-
Tanınmış türkiyəli aktyor vəfat etdi - FOTO
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib - FOTO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
-
Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir - VİDEO
-
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
-
Gəncədə Vaqif Poeziya Günləri keçirilib - FOTO
-
"Qarabağ" "Zalsburq"a uduzdu