Milli.Az bildirir ki, ailəm.az-ın budəfəki qonağı tanınmış sənətkar
Cahangir Novruzovdur. Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti, teatr və kinomuzda əvəzolunmaz rolları ilə sevilən Cahangir Novruzovu vətənində tanımayan yoxdur. Aktyor "Bizim Cəbiş müəllim", "Qorxma, mən səninləyəm", "Ordan-burdan", "Bəxt üzüyü", "Həm ziyarət, həm ticarət", "Yaşıl eynəkli adam" kimi 20-dən çox bədii filmdə unudulmaz obrazlar yaradıb. 1995-ci ildə Türkiyəyə dərs demək üçün dəvət olunub. Hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. Universitetin professorudur.
Mərhum gülüş ustası Nəsibə Zeynalovanın yeganə övladı, məşhur aktyor Cahangir Novruzovu daha yaxından tanımaq üçün onun ailə albomunu vərəqlədik.
Albom aktyorun mərhum anası, həyat yoldaşı Elnarə xanım, iki qızı və nəvələri ilə birlikdə çəkdirdiyi fotolarla zəngindir. Şəkillərdə Cahangir bəyin qızlarının ailə üzvlərini görürük. Böyük qızı Nəsibə Bakıda yaşayır. Camal ilə Nəsibənin üç övladı var - Ayan, Fərəh və Nuray. Kiçik qızı Nəzrin isə Moskvada yaşayır. Nəzrin və Asifin də üç övladı var - Cəfər, Tamella və Mədinə...
Yaxşısı budur, şəkillər özü danışsın, biz yox...
Milli.AzBöyütmək üçün şəkillərə klikləyin.









































