Gözəl bir başlanğıc
XX əsrin əvvəllərində Azərbaycanda genişlənən maarifçilik işi bir sıra maraqlı nəşrlərin işıq üzü görməsini də zamanın tələbinə çevirdi. Əhalinin maariflənməsi üçün mətbu orqanların zəruriliyini diqqətə alan böyük ziyalılar məhdud imkanlarla da olsa, yeni qəzet və jurnalların nəşrinə çalışırdılar. Belə bir zamanda "Dəbistan" adlı ilk uşaq jurnalının işıq üzü görməsi də yeni hadisə idi. Böyük maarifçi Əli İsgəndər Cəfərovun təşəbbüsü ilə 1906-cı ildə fəaliyyətə başlayan "Dəbistan" jurnalı mətbuat aləmində bir başlanğıc qoydu.
Görkəmli ziyalı Ə.İ.Cəfərov "Dəbistan" jurnalının razılığını əldə etmək üçün çox böyük zəhmətə qatlaşmalı oldu. O, ilk növbədə Bakı şəhər rəisinə göndərdiyi ərizədə belə yazırdı: "Bizdə Rusiyada xüsusi və ümumi müsəlman məktəblərində təhsil alan müsəlman uşaqlar üçün vaxtaşırı nəşriyyat olmadığından, biz bir xalq müəllimləri kimi müsəlman uşaqlar üçün Azərbaycan dilində ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı "Dəbistan" adlı bir jurnalı faydalı hesab edirik".
Böyük çalışmaların sonunda jurnalın nəşrinə icazə verildi. 1906-cı il aprel ayının 16-da "Dəbistan"ın ilk nömrəsi işıq üzü gördü. Jurnal 1906-1908-ci illərdə ayda 1 dəfə Bakıda nəşr olunurdu. Amma jurnalın nəşri çox da uzun sürmür, onun son nömrəsi 1908-ci il mart ayının 10-da çıxır.
Jurnalın çap olunmasında əsas məqsəd uşaqları maarifləndirmək, onlarda biliyə maraq oyatmaq, onları elmin müxtəlif sahələri, o cümlədən Azərbaycan və dünya ədəbiyyatı nümunələri ilə tanış etmək idi.ÿJurnal təlim-tərbiyə işində ailəyə kömək məqsədi ilə "Valideynə məxsus vərəqə" adlı əlavə ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə olunması haqqında valideynlərə tövsiyələr verilirdi. Jurnalın ilk sayının baş məqaləsində valideynlərə müraciətdə bildirilirdi ki, sinifdənxaric oxu və elmi cəhətdən faydalı olan məqalələrin, hekayələrin, tapmaca və bilməcələrin oxunması uşaqlar üçün çox faydalıdır.
"Dəbistan" jurnalında dövrün tanınmış ziyalıları və yazıçılarının imzalarını görmək mümkün idi. Jurnalda təhsil məsələləri ilə yanaşı, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, görkəmli şəxsiyyətlər, yazıçılar haqqında, elm və texnika aləmində baş verən ən son yeniliklər, coğrafiya, fizika, heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu.
Ağır şərtlər altında maarifçilik mübarizəsi
Eyni zamanda, jurnal dilinin sadə, xalqa yaxın olmasına çalışır, dil haqqında məqalələr dərc edir, çap olunan əsərlərdəki əcnəbi sözlərə aid lüğət və hər nömrəyə dair mündəricat verirdi. Məşhur yazarlar da uşaqlar üçün yazdıqları əsərləri nəşr olunmaq üçün jurnala göndərirdilər. Ə.İ.Cəfərov böyük satirik şair Sabirlə görüşlərin birində ona müraciət edir ki, "Dəbistan"a töhfə kimi məktəbə dair bir şeir yazsın. Sabir dərhal stolun üstündən kağızlardan birini götürüb, cibindən karandaşını çıxarır. Əlüstü "Məktəb şərqisi" şeirini yazır və bu şeir "Dəbistan"ın növbəti nömrəsində dərc olunur:
Məktəb, məktəb nə dilguşəsən,
Cənnət, cənnət desəm sazəsən,
Şadəm, şadəm təfərriyində,
Əlhəq, əlhəq güzəl binasən.
Bundan başqa, jurnalda S.M.Qənizadənin, H.Zərdabinin və bir çox başqa ədib və yazarların uşaqlar üçün əsərləri, rus ədiblərindən İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən tərcümələr dərc olunurdu.
"Dəbistan"da Azərbaycan şair-yazıçılarının əsərləri ilə yanaşı, əcnəbi dillərdən (əsasən rus dilindən) tərcümə olunmuş nağıl və hekayələr, tarix və təbiətə, coğrafiya və səyahətə dair yazılar, pedaqoji, ədəbi hekayələr, məqalələr çap olunurdu. Jurnalın daha da maraqlı olması və geniş yayılması üçün son səhifələrdə müxtəlif məktublar, redaksiyaya cavablar, uşaq nağılları, təmsil və tapmacalar dərc olunurdu. Suallara, tapmacalara düzgün cavab tapan uşaqlara 3 ay ərzində jurnalın çapdan çıxan yeni nömrələri göndərilirdi. Jurnalın hər nömrəsinin sonunda lüğət verilirdi, burada ərəb və fars dillərində olan anlaşılmayan sözlərin mənaları yazılırdı.
Bu dövrdə jurnal böyük sıxıntılarla işıq üzü görürdü. Onun bağlanma təhlükəsindən narahat olan böyük fədai M.Ə.Rəsulzadə "İrşad" qəzetinin 7 dekabr 1906-cı il sayında yazırdı:
"Məlum olduğu üzrə şəhərimizdə uşaqlara məxsus ayda iki dəfə nəşr olunan "Dəbistan" jurnalı 7 aydır ki, nəşr olunur. Demək olar ki, "Dəbistan" Rusiyada, bəlkə də aləmi-islamda əvvəlinci jurnaldır. Doğrudur, Türkiyədə "Cocuqlara məxsus qəzetə" çıxır, lakin Sultan Həmid tərzi idarəsinin senzurundan keçən bu jurnal boş müqəvvadan ibarət qalmışdır...
Biçarə müdir həmi yazıçılıq ediyor, həmi təshih qılır, həmi poçta gediyor, həmi abunəçilərin adreslərini yazıyor, həmi də öz cibindən əlavə olaraq zərər qoyur.
İştə baxın qardaşlar, insaf eləyin, bu rəvamıdır? Rəvamıdır ki, biçarə müəllim bu qədər cəfa və bəla çəksin, bu qədər əziyyətlərə qatlaşsın, nəhayətdə də kamali-yəs və ələm ilə güc-bəla düzələn, surətə düşən gözəl bir işi bağlasın getsin?!
Nədir bu ey müsəlman qardaşlar!! Bu nə bətalətdir, bu nə kəsalətdir, bu qədər himmətsizlik olarmı ki, bizdə var...
Siz də ey atalar! Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz pulların bir cüzisindən cüzisi də öz övladınız tərbiyəsində məsrəf edib bu jurnalı bağlanmağa qoymayınız! Kömək ediniz, 3-4 manata qızırqanıb daldasında yatmayınız?"
"Dəbistan" da qapandı!
Amma iki illik fəaliyyətdən sonra "Dəbistan" jurnalı maddi problemlər üzündən bağlanmaq məcburiyyətində qaldı. Ə.İ.Cəfərov artıq bağlanmaq ərəfəsində olan jurnalın axırıncı sayında yazırdı: "Oxucular, bəllidir ki, jurnalın axırıncı nömrəsi artıq gecikir. Mən işimi lazımi səviyyədə aparıram, bütün müsəlman əhalisi mənim işimə deyil, "Dəbistan"ın artıq qaçılmaz olan ölümünə, vəfatına acıyırlar. Bütün müsəlman cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam ki, öz həmvətənlərimin yuxudan oyanmasını gözləyim. Mən dərin təəssüflə öz istəkli balamın - "Dəbistan"ın həyatını bağlayıram. Tərəqqiyə gedən yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar etmək çətindir".
Sabir "Dəbistan" jurnalının fəaliyyətini dayandırması ilə bağlı acı təəssüf hissi ilə bu şeiri yazmışdı:
Əlminnətü-lillah ki, "Dəbistan"da qapandı!
Bir badi-xəzan əsdi, gülüstan da qapandı!
"Dəbistan"ın qapanması bütün maarifçi təbəqəni məyus etdi. Bu münasibətlə "Molla Nəsrəddin" jurnalında Mirzə Cəlilin də bir yazısı çap olunmuşdu:
"Bir il bundan qabaq sən başlayırdın "Dəbistan" jurnalı çıxartmağa və məndən məsləhət soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə yadından çıxıb qoy yadına salım:
Mən sənə dedim: "dəli olma". Sən dedin: "yox, "Dəbistan" çığardacağam". Mən sənə dedim: "başına soyuq dəyib". Sən dedin: "yox, çıxardacağam". Mən sənə dedim: "görükür ki, çox pulun var". Sən dedin: "yox, çıxardacağam"...
İndi, dadaş, keyfin necədi? Gətir görüm neçə müştərin var? De görüm neçə müsəlman şagirdi sənin "Dəbistan"ını oxuyur? Gətir görüm, hanı "Dəbistan"ının qədrini bilənlər?
Mən sənə demədimmi "biz müsəlmanlara "Dəbistan"-zad lazım deyil? Və bir də indi hələ xalqdan nə istəyirsən? Hələ indi ki, yaydı: Qovun-qarpız vaxtıdı, nə "Dəbistan"bazlıqdı?.." (Qızdırmalı, "Molla Nəsrəddin" 8 iyul, 1907).
"Azadlıq"
Mədəniyyət
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
İlk uşaq jurnalımız "Dəbistan"
24 Oktyabr 2012 11:16
1 Şərh
Baxış: 25 869

DİGƏR XƏBƏRLƏR
-
"Doktor Aybolit"in yaradıcılarından biri vəfat etdi
-
Bülbül Vokal Məktəbi yeni tələbələrini seçdi - VİDEO
-
Azərbaycanda bu tanınmışlara 4000 manat veriləcək - ADLAR
-
Cavidan Nəbiyevə yüksək vəzifə verildi
-
Bakı klassik və müasir rəqs ritmində – bir anda üç möhtəşəm dünya hadisəsi – PODKAST - VİDEO
-
Ramiz Rövşənin səhhətində problem yarandı
XƏBƏR LENTİ
-
Alim Qasımovun həyatında yeni mərhələ - "Dəyərli ruh, xoş gəldin" - FOTO
-
Atatürkün heç vaxt görülməmiş görüntüləri ÜZƏ ÇIXDI - VİDEO
-
Göyçayda güclü yanğın olub - FOTO
-
Qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatıb
-
Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO
-
Sentyabrda gözlənilən maqnit qasırğaları - hansı günlər təhlükəlidir
-
İlk dəfə səfərə qızı ilə getdi - FOTO
-
Tramp: Putin məni çox məyus etdi
-
Mourinyonun yeni ünvanı bəlli oldu! Tələb etdiyi məbləğ hər kəsi təəccübləndirdi
-
Günün qoroskopu: daxili alovun oyanıb, istiqamət axtardığı gündür
-
Tanınmış həkimin niyə komaya düşdüyü bilindi - YENİLƏNİB - FOTO
-
Gel dırnaq boyaları Avropada qadağan edildi
-
Sabah Bakının bu ərazilərində qaz olmayaacq
-
Fransa Bəşər Əsədin həbsinə order verdi
-
Qadın çəkiliş gələnə qədər öldürülübmüş... - VİDEO
-
Türkiyə XİN-dən ATƏT-in Minsk qrupunun buraxılmasına reaksiya
-
Gözü korlaşdı, beynindən parazit çıxarıldı - Görün nədən yaranıb
-
Tanınmış müğənni ağır qəzaya düşdü - "Maşının yarısı yoxdur..." - FOTO
-
"Bu, məhəbbəti yox edir, boşanmalara səbəb olur"
-
“Formula 1”in Azərbaycanda turizmə təsiri: Hansı sahələrdə yeni imkanlar yaranır?
-
Bəzi küçələrdə hərəkət qismən məhdudlaşdırılacaq
-
Sumqayıtda 2 dəvəquşu və 13 tutuquşu IDEA tərəfindən xilas edilib - VİDEO - FOTO
-
Avropada ən populyar 10 maşın modeli
-
“Xosrov” həbs edildi