Aktrisa Ülviyyə Əliyevanın Milli.Az-a müsahibəsi.
- Artıq yeni teatr mövsümü başladı. Teatrda məşqlərə həvəslə gəlirsiniz?
- İstirahətdən gəldiyimizə görə hələlik bir az çətindir (gülür). Təbii ki, həvəslə gəlirəm, həvəsim olmasa, mən teatrda işləmərəm.
- Etiraf edə bilərsinizmi ki, teatr aktrisası kimi çox da tanınmırsınız?
- Etiraf yox, mən bunu əminliklə deyə bilərəm. 70, 80-ci illərdə teatr aktyorları tanınırdı, çünki televiziya o qədər də inkişaf etməmişdi. İnsanların istirahət yeri ya teatr, ya da kinoteatr idi. İndi, maşallah, əyləncəli verilişlər çoxdur. Əvvəl tamaşa qurulurdu, televiziya gəlib çəkirdi. Bununla da aktyorlar tanınırdı. Aktyor filmlərə, seriallara çəkilməklə tanınır. Etiraf edirəm ki, televiziya olmasaydı, mən tanınmayacaqdım.
- Maşallah, çox iş görürsünüz. Bəlkə də boş vaxtınız olmur...
- Hələ bir neçə gündən sonra 7 günün 7-də də məşğul olacağam. Ona görə də bütün yayı enerji toplamışam. Şükür Allaha ki, hələ indiyə qədər işimdə axsamalar olmayıb.
- Evdə necə, sizi başa düşürlər?
- Evdə mənim yaradıcılığım üçün bütün imkanlar var.
- Bildiyimə görə "3 bacı" adlı yeni bir seriala da çəkilirsiniz..
- Bəli (gülür). Serialın sujet xəttindən danışa bilmərəm, bircə onu deyə bilərəm ki, Dilarə Əliyeva, Tünzalə Əliyeva və mən çəkilirəm. Həmişə deyirdilər ki, Tünzalə Dilarənin baldızıdır və s. şayiələr yayılırdı. Nəhayət, bu şayiələrə son qoymaq üçün serialda bacı olduq. Olduqca maraqlı aktyor kollektivi var. Bunu mən əminliklə deyə bilərəm ki, Azərbaycanda hələ belə bir serial olmayıb. Bildiyinizə görə bu gün əgər 5 komediya janrında serial çəkilibsə, 3-də mən çəkilmişəm.
- Toppuş bacı necədir?
- Şükür Allaha ki, əməliyyatdan sonra çox yaxşı oldu. Tünzalə çox gözəlləşib. Artıq "Burada və indi" verilişinin aparıcısı Tünzalə ilə mənəm. Veriliş başlayanda Toppuşu eksklüziv orada görəcəksiniz.
- Bu verilişə görə sizi heç qınayan olub?
- Biz orada artıq-əskik hərəkət etmirik ki, bizi qınayan olsun. Sadəcə olaraq, insanlara gülüş bəxş edirik. Əksinə, hər dəfə məni yolda görəndə "səni ölməyəsən, canın yanmasın" kimi gözəl sözlər deyirlər (gülür).
- Toppuş ilə münasibətinizi efirdə görürük. Həyatda necəsiniz?
- Həyatda da elə olsaydıq, bu, özünü verilişdə biruzə verərdi. Biz verilişə çıxanda məşq etmirik, ona görə də Toppuşun qəfildən dediyi sözlərə ürəkdən gülürəm. Bu veriliş sırf improvizasiya üzərində qurulub.
- Nə vaxtsa etdiyiniz bir səhvin peşmançılığını bu gün çəkirsiniz?
- 31 yaşım var, hələ ki, elə bir səhv etməmişəm ki, bu gün o etdiyim səhvin peşmançılığını çəkim.
- Şəxsi həyatınızda, hələ ki, bir yenilik yoxdur?
- Artıq mən seçirəm (gülür). Hələ ki, təkəm.
- Avtomobil idarə etdiyinizi bilirəm. Tıxaclara düşəndə çox əsəbi olursunuz?
- Bu gün piyada gəlmişəm, baxmayaraq ki, evimiz ilə teatrın arasında 5 dəqiqəlik məsafə var, amma müsahibəyə gecikmişəm (gülür). Çoxdandır şəhərdə yox idim, hamı ilə görüşə-görüşə gəlmişəm. Şəhəri yaxşı tanıdığıma görə çox nadir hallarda olub ki, tıxacda qalım. Sonda hamıya bol-bol gülüş arzu edirəm. Mən bütün neqativləri təyyarə sürəti ilə özümdən uzaqlaşdırıram. Ona görə də enerjiliyəm. Hazırda məndə yaşamaq eşqi aşıb-daşır.
Əli Novruzəliyev
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanlı aktrisa: "Dilarə Əliyeva, Tünzalə Əliyeva və..." - FOTOSESSİYA
11 Oktyabr 2012 02:30
1 Şərh
Baxış: 7 909

DİGƏR XƏBƏRLƏR
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Mədəniyyət Nazirliyi Anarın tənqidlərinə cavab verdi
-
"Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib - FOTO
-
Bakı Piano Festivalı 2025 Şahin Növrəslinin virtuoz konserti ilə davam edib - VİDEO - FOTO
-
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tamaşasının premyerası keçirilib - FOTO
-
İçərişəhərdə “Küçələrdən Hekayələr” sosial layihəsinin açılışı baş tutdu - FOTO
XƏBƏR LENTİ
-
Azərbaycan Prezidenti: Bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir
-
Azərbaycan bazarlarında ən bahalı gilas - Öküzürəyi niyə bazarda "qızıl" qiymətinədir?"
-
Namaza toplaşanlara silahlı hücum - 71 ölü var
-
Prezident: Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır
-
İstanbul nəhənglərinin keçmiş ulduzu başını BAĞLADI - FOTO
-
İlham Əliyev: Son 20 il ərzində biz Azərbaycanın energetika sistemini demək olar sıfırdan qurmuşuq
-
Trampdan İsrail və İrana MÜRACİƏT
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyası Mingəçevirin Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
-
Cahan Namazova Londonda keçirilən Golden Time Talent Festival ilk mükafatına layiq görülüb – VİDEO - FOTO
-
Prezident: “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək
-
Bəzi qəsəbələrdə qaz olmayacaq
-
Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı mərasimi keçirilir
-
İranla İsrail arasında atəşkəs elan olundu
-
Türkiyədə zəlzələ baş verdi
-
Lirə və avro bahalaşdı, dollar isə bu qiymətə satılır - RƏSMİ
-
Skuterin vurduğu aktrisa: "Gəldi evimə, üzr istədi"
-
Din xadimləri yaslarda "ehsan"ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?
-
Məhərrəm ayı qabağı qızıl bazarında vəziyyət necədir? - VİDEO
-
Yayda şans bu bürclərin üzünə güləcək
-
Moruqla arıqlaya bilərsiniz
-
Paltaryuyan maşından gələn qoxunun qarşısını necə almaq olar?
-
“Yalı Çapkını”nın ulduzu brendlə 86 min manatlıq müqavilə imzaladı
-
Kondisioner alarkən bu nüanslara diqqət edin
-
Yer kürəsinin nüvəsindəki gözlənilməz kəşf alimlərin kainat anlayışını dəyişdirdi