Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Görkəmli muğam ustadı Hacı Hüsü
2 Sentyabr 2012 15:53
0 Şərh
Baxış: 5 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hacı Hüsü XIX əsrin ən məşhur xanəndələrindəndir. O, 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində anadan olub. Atası Niftalı kişi Şuşanın məşhur papaqçılarından idi. Qarabağ bəyləri adətən Niftalı kişinin əl qabiliyyətini daha çox bəyəndiklərindən ona papaq sifariş verərdilər.
Hələ uşaqlıqdan Hüsünün məlahətli səsə, qeyri-adi oxu tərzinə malik olması hiss olunurdu. O dövrdə Şuşada özünün məktəbini yaratmış Xarrat Qulu Hüsünün gözəl səsini və oxumaq qabiliyyətini yoxladıqdan sonra ona müəllimlik etdi. Hüsü öz müəllimindən musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənməyə başladı. Hacı Hüsünün müəllimlərindən biri də Şərq muğamlarının dərin bilicisi, böyük ədib Yusif Vəzir Çəmənzəminlinin atası Mirbaba Mirabdulla oğlu olub.
Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə "Xandəmirovun teatrı" binasında çıxış edib. O, "Xeyriyyə gecəsi"ndə tarzən Sadıxcanın müşayiətilə çıxış edərək "Çahargah"ı elə oxuyub ki, şöhrəti hər yerə yayılıb. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə də dəvət olunurdu. Məsələn, 1880-ci ildə Iran şahı Nəsrəddin Hacı Hüsünü öz oğlunun toyuna Təbrizə dəvət etmişdir. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıxcan və kamança ifaçısı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur İran musiqiçilərilə bərabər çıxış edib. Lakin toyun sonunda şah tərəfindən verilən birinci mükafata məhz Hacı Hüsü layiq görülüb.
Görkəmli musiqi tədqiqatçısı Firudin Şuşinski bu sənətkar haqqında belə yazırdı: "Azərbaycan vokal incəsənətinin ən görkəmli nümayəndələrindən biri olan Hacı Hüsü, sözün həqiqi və tam mənasında, böyük xanəndə idi. O, xanəndəlik sənətində yeni bir dövr açmaqla, eyni zamanda bu sənəti yüksək bir pilləyə qaldırmışdır. Hacı Hüsü nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad idi. O, qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevirdi. Şərq, eləcə də Azərbaycan səhnəsi Hacı Hüsünün səsindən də qüvvəli, lirik dramatik, tenor tipli səslər çox görmüşdür. Lakin bütün Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli tembr gözəlliyinə malik olan ikinci bir incə və təravətli səs olmamışdır".
İlk "Musiqişünaslar məclisi"
Hacı Hüsü Mir Möhsün Nəvvabla birlikdə Şuşada ilk "Musiqişünaslar məclisi"nin əsasını qoyub. Hətta sevimli müəllimi Xarrat Qulu dünyasını dəyişəndən sonra bir müddət özünə gələ bilməyən Hacı Hüsü qərarlaşdırıb ki, ustadının ənənəsini yaşatsın, xatirəsini tez-tez yad etsin. Ona görə də Qarabağın çalıb-oxuyanlarını başına yığaraq "Xanəndələr məclisi" yaratdı. Bu məclisin işi isə sadəcə, çalıb-oxumaqdan ibarət deyildi. Hacı Hüsünün məqsədi bu idi ki, ardıcıllarını yetişdirsin. Muğamlarımızın daha da inkişafı üçün onu nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda, hətta Şərq dünyasında yetərincə təbliğ edə bilsin. Doğrudan da onun yaratdığı bu məclis əsl musiqi məktəbi missiyasını uğurla yerinə yetirə bildi. Hətta bəzi mütəxəssislər deyirlər ki, Hacı Hüsü Azərbaycanda ilk dəfə olaraq məhz Şuşada "Xanəndələr İttifaqı" yaratmışdır. Onun üzvləri arasında dövrünün çox məşhur ifaçıları var idi: Keçəçi oğlu Məhəmməd, Dəli İsmayıl, Malıbəyli Cümşüd, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları.
Hacı Hüsü xan qızı Xurşudbanu bəyim Natəvanın sevimli xanəndəsi olmuş, onun məclislərində iştirak etmişdi. O, şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mansurovun məclislərinə tez-tez dəvət olunardı. Deyilənə görə, məşhur Qaçaq Nəbi də Hacı Hüsünün səsinə qulaq asmaq üçün xüsusi olaraq onun oxuduğu toy məclislərinə gələrdi.
Hacı Hüsü Şərq klassiklərinin qəzəllərini elə ilham və məhəbbətlə oxuyardı ki, onu "gözəllik aşiqi" adlandırardılar. Bəlkə də buna görə onun yaradıcılığı, həyatı ilə əlaqədar el arasında əfsanə və rəvayətlər yaranmışdı. Zəngin və hərtərəfli yaradıcılıq diapazonuna malik olan Hacı Hüsünün improvizə qabiliyyətini heç kimlə müqayisə etmək mümkün deyildi.
Deyilənə görə, Hacı Hüsü Sadıqcan ilə "İsa bulağı"nda çalıb oxuyarkən onun incə səsindən ruhlanan bülbüllər gəlib onun çiyninə, papağına, tarın üstünə qonar və oxuyarmışlar...
Şikəstə könlümə böhtəm ki, qan ilən doludur...
Hacı Hüsü muğamlarımızı dərindən bilirdi. Onun hər pərdəsinə, guşəsinə bələd idi. O, təkcə muğamların gözəl ifaçısı deyildi, sadəcə misilsiz oxumurdu, eyni zamanda onun təkmilləşdirilməsi üzərində işləyərək nəfəsi ilə can verdiyi bu milli sərvətimizə yeni variantlar, guşələr əlavə edirdi. "Rast", "Şur", "Mahur" və başqa muğamlara onun gətirdiyi yeniliklər haqqında musiqişünaslar dəfələrlə söz açıblar. O, nəinki təkmilləşdirirdi, yeniləşdirirdi, həm də muğamların əsasında qəlbə yatımlı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yenə də Firudin Şuşinskinin kitabında oxuyuruq: "O, "Kürdü" müğamına "Şahnaz"ı əlavə edərək birlikdə "Kürdü-Şahnaz" oxumuşdur".
Bu da maraqlıdır ki, Hacı Hüsü Azərbaycanda tarın atası sayılan Sadıqcanın müşayiəti ilə oxumağa daha çox üstünlük verirmiş. Bu iki virtuoz sənətkarın birləşməsi musiqi aləmində yeni bir ab-hava yaradırdı.
Mədəniyyət xadimi Cəlilbəy Bağdadbəyov "Qarabağ xanəndələri haqqında xatirə"sində yazırdı: "Qış mövsümü, yuxunun şirin olmasına baxmayaraq, Hacı Hüsü oxuyarkən uzaq məhəllələrdən yüzlərlə adam gəlib bu cazibəli səsə qulaq asardı. Hacı Hüsünün uzun nəfəsi olmaqla bərabər, zənguləsinin tayı-bərabəri yox idi. O, ən çox da Qövsi Təbrizinin bir qəzəlini tez-tez oxuyardı:
Sınıq səbudə su tutmaz qərar, mey durmaz,
Şikəstə könlümə böhtəm ki, qan ilən doludur.
Bu görkəmli sənətkarın həyatının son illəri o qədər də xoş keçməyib. O, Ərəbistandan Həcc ziyarətindən qayıtdıqdan sonra cahil mollaların təzyiqinə tuş gəlib. Yalançı zahidlər Hacı olduğu üçün onun oxumasını günah sayıblar. Dinini də, dilini də, vətənini də ürəkdən sevən Hacı Hüsü sənətini də çox istəyirdi. Onun üçün oxumamaq ölümə bərabər idi. O, səsinə görə tanınmışdı, sevilmişdi, ellər arasında, uzaq-uzaq ölkələrdə böyük hörmət-izzəti var idi, məclislər yaraşığı idi. Amma dövrün, zamanın xurafatı onun qarşısına ağır sədlər çəkdi. Çıxış yolunu başqa cür gördü. Uzun illər Şuşada Gövhər Ağa məscidində minacat verməli oldu. O, içindəki yanğını minacatla söndürə bilsə də, hərdən əlini qulağının dibinə qoyub, əvvəlkitək "Segah" oxumaq, zilə qalxmaq, zəngulələri ilə bülbülləri dəli etmək üçün əzab çəkirdi. Odla su arasında qalmışdı. Bütün bu ziddiyyətli münasibətlərə tab gətirə bilməyən Hacı Hüsü sonradan Aşqabada köçməli olub.
Hacı Hüsü ömrünün son illərində ehtiyac içində yaşamışdır. O, 1898-ci ildə 59 yaşında Aşqabad şəhərində vəfat edib. Onun İsmayıl adlı oğlu vardı.
"Azadlıq"

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Zaur Rzayevin dəfn yeri açıqlandı
-
Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı – 100 illik yubiley gecəsi - (Foto)
-
Eliso Bolkvadze və Maya Tabaqari Akademik Milli Dram Teatrının qonağı olub - (Foto)
-
“Sənət dialoqu” layihəsi çərçivəsində Xaçmazda Xalq artisti Elçin Həşimovla görüş keçirilib - (Foto)
-
Lev Dodin Bakıya özünün “Qağayı” tamaşasını gətirib: Yelizaveta Boyarskaya və İqor Çerneviç Azərbaycandan təəssüratlarını bölüşüblər - (Foto)
XƏBƏR LENTİ
-
Bəy şadlıq sarayına çatmamış yuxuya getdi – (Video)
-
Üç bürc üçün çox xoşbəxt dövr başlayır
-
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
-
Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
-
Türkiyədə cütlük boşanma qərarını möhtəşəm parti ilə elan etdi (Video)
-
“Victoria’s Secret” modellərinin makiyajsız görüntüləri gündəm oldu (Fotolar)
-
Rolunu bəyənmədiyi üçün “Kızılcık Şerbeti”ndən ayrılır - (Foto)
-
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
-
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - (Video)
-
"Ən bahalı müğənnisən, sənin yerinə utandım" - Rəvan Bağırov
-
Polşada baş nazir polis alayını məhkəməyə yeritdi, Prezident təcili geri qayıtdı - (Video)
-
Zaqatalada qaz olmayacaq
-
Tovuzda ağır qəza - 4 nəfər xəsarət alıb - (Foto)
-
Günün qoroskopu: Ruhi gərginlik bu gün sizə üstün gələ bilər
-
Qızılın qiyməti xeyli ucuzlaşdı
-
"Bir qığılcım düşsə bütün bina yanacaq" - (Video)
-
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
-
Arif Əfəndiyev vəfat edib - (Foto)
-
“Yeraltı”nın cütlüyündən ilk romantik (Foto)
-
Roman Abramoviç Bakıdadır - (Foto)
-
Torpaq sürüşməsi fəsadlara yol açdı - (Video)
-
Portuqaliya Futbol Federasiyası Kriştiano Ronaldo barədə qərar verib
-
Londonda Azərbaycan səfirliyi qarşısında İran agentlərinin təxribatı - (Foto/Video)
-
Azərbaycanda sahibkarın meyiti öz həyətində tapıldı - (Foto)