Milli İncəsənət Muzeyinin “Gənc vokalistlərin konserti” adlı musiqi proqramı təqdim olunub (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə "Gənc vokalistlərin konserti" adlı musiqi proqramı təqdim olunub.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini, teatrın solisti, Əməkdar artist Ramil Qasımov açaraq gənc vokal ifaçılarının yetişdirilməsinin və onların yaradıcılıq potensialının dəstəklənməsinin Azərbaycan musiqi mədəniyyətinin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, gənc sənətçilərə yaradılan imkanların onların peşəkar inkişafına, səhnə təcrübəsi qazanmasına və milli musiqi sənətinin təbliğinə töhfə verdiyini qeyd edib. Ramil Qasımov, həmçinin konsertin təşkilinə və gənc ifaçılar üçün yaradılan şəraitə görə Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə konsertmeysterlər- Məryəm Məmmədova və Tofiq Şıxıyevin müşayiəti ilə gənc vokal ifaçıları Məhəmməd Şəmmədov, Günel Hacıyeva, Aynel Mehdiyeva, Emil İsmayılov, Rəşad Həsənzadə, Gülzar Hüseynova, Rəhman Əzizli, Nigar Cəfərova, Məleykə İsrəfilova, Zümrüd Davudova, Şəms Qəhrəmanova, Ruslan Persan və Elçin Əhədzadə çıxış ediblər.
Proqram çərçivəsində Q. Donizetti, F. Əmirov, R. Leonkavallo, P. İ. Çaykovski, Ü. Hacıbəyli, C. Rossini, M. Maqomayev, C. Puççini, C. Verdi və Ş. Quno kimi bəstəkarların opera və operettalarından ariyalar, romanslar və duetlər səsləndirilib. İfaçılar fərqli xarakterli musiqi nümunələri ilə öz vokal imkanlarını və səhnə bacarıqlarını nümayiş etdiriblər.
Konsertin sonunda C. Verdinin "Traviata" operasından "Libiamo ne' lieti calici" əsəri bütün iştirakçıların birgə ifasında təqdim olunub.
Tədbir gənc vokal ifaçılarının yaradıcılıq potensialının nümayişi, klassik musiqi irsinin təbliği və opera sənətinə marağın artırılması baxımından əhəmiyyət daşıyıb.
Konsert qonaqlar tərəfindən maraqla qarşılanıb, gənc vokalistlərin ifaları dinləyicilərdə xoş təəssürat yaradaraq alqışlarla müşayiət olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
-
Milli Dram Teatrında Lev Tolstoyun “İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
-
Azerbaijan Fashion Week: moda və kino arasında yaradıcı körpü - (Foto)
XƏBƏR LENTİ
-
Xalq artistinin illər əvvəlki görüntüləri yayıldı (Fotolar)
-
Bakının mərkəzində bu ərazilərə maşınla giriş pullu oldu: İlk 15 dəqiqənin tarifi 3 manat
-
Bu şəxslərin elektrik xərclərinin yarısını dövlət ödəyəcək
-
Azərbaycanda tələbə qəfil öldü
-
Niderland məhkəməsi BYD-nin bu modelinin satışını qadağan etdi (Foto)
-
"Yaprak dökümü"nün aktrisasının görünüşü müzakirə yaratdı – (Video)
-
"Titanik" sərnişininin saatı bu qiymətə satıldı
-
"Mənimlə duet oxumaq istəyən 10-15 min manat ödəməlidir"
-
Aparıcı Xəyalə ilə Rilaya qəzaya düşdülər (Video)
-
Vinisius "Real"ın 3 oyunçusunu Braziliyaya aparacaq
-
Şamaxıda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub (Foto)
-
Aysun İsmayılova: "2 aydır çörək yemirəm, 48 kq oldum" (Video)
-
21 yaşlı türk 80 yaşlı italyan sevgilisinə evlilik təklifi etdi (Video)
-
Qazaxda 2 nəfər bıçaqlandı
-
"Mənim kimi bacısı var, qoymaram möhtac olsunlar" - Xalq artisti ağladı - (Video)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyalı fenomenlərdən ağılasığmaz "cinsiyyət partisi" (Video)
-
Rəvan Qarayevin xanımı: "İnsanın əlindən tutmaq üçün yıxılmağı gözləmək lazım deyil”
-
Rafael Nadala "Real Madrid"də vəzifə verildi
-
İbrahim Tatlısesin 1998-ci ildə Bakı səfərində gərgin anların görüntüsü yayıldı - (Video)
-
Vüqar Məmmədov faciəvi şəkildə öldü
-
Aeroport yolunda ağır qəza: Avtomobillərə ciddi ziyan dəydi - (Video)
-
Xalq artistinin arxiv kadrları yayıldı - (Video)
-
Rusiyada bu hava limanı yenə bağlandı





