Mədəniyyət

Dövlət Uşaq Filarmoniyasının səhnəsində tamaşaçılara nağıl kimi bir axşam bəxş edib - FOTO

30 Yanvar 2026 16:01
Baxış: 243
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hans Kristian Andersen nağılları və uşaqların saf, sehrli xəyalları Dövlət Uşaq Filarmoniyasının səhnəsində tamaşaçılara nağıl kimi bir axşam bəxş edib.

H.K.Andersen nağıllarının motivləri əsasında görkəmli bəstəkar Sergey Bortkeviçin piano pyeslərindən ibarət maraqlı konsert proqramı baş tutub. Konsertdə Dövlət Uşaq Filarmoniyasının istedadlı solistləri çıxış edib.

Bu iki sənətkarın yaradıcılığına birlikdə nəzər salmaq heç də təsadüfi deyildi. Onların yaradıcılıq harmoniyasını belə izah etmək olar: Andersen nağıl yaradır, Bortkeviç isə həmin nağılları musiqi ilə danışır. Məhz bu yanaşmaya əsaslanaraq konsertdə balaca, istedadlı solistlər səhnədə həm nağıl danışdı, həm də xəyallarını pianonun sehirli səsləri ilə canlandırdı. Konsertin belə bir istiqamətdə təşkil olunması uşaqların həm ədəbi, həm də musiqi baxımından inkişafına olduqca böyük töhvədir. Sanki bir nağıl qəhrəmanı kimi səhnədə olan balaca solistlər musiqinin dili ilə öz obrazlarını yaratdı, xəyallarını səslərə çevirdilər.

Konserti giriş sözü ilə Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə açaraq hər iki sənətkarın yaradıcılığına toxundu. Onların həyat yolundan, yaradıcılıq harmoniyasından, əsərlərin musiqi dilindən, sənətkarların aid olduğu dövr xüsusiyyətlərindən ətraflı və geniş izahlar verib. Həmçinin gənc və istedadlı pianoçuların əsərlərə olan fərdi yanaşmasından, ifa texnikasından, emosional ifadə imkanlarından bəhs edib.

Səidə xanım Tağızadənin uşaqlara yanaşması təkcə müəllim qayğısı deyil, eyni zamanda sənətkar diqqətidir. Onların hər birinə fərdi yanaşır, yaradıcılıq azadlığını və musiqiyə sevgi hissini daim ön planda tutur.

Konserti izləyənlər arasında Milli Məclisinin deputatı, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini Günay Əfəndiyeva, Avstriya, Qazaxıstan və Ukraynanın səfirliyinin nümayəndələri.  

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.