Mədəniyyət

“Sən güldən də gözəlsən” adlı konsert proqramı təqdim olunub - FOTO

21 Yanvar 2026 16:29
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xor kollektivinin bəstəkar mahnılarından ibarət "Sən güldən də gözəlsən" adlı konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan bəstəkarlarının sevilən mahnıları xorun ifasında səsləndirilib.

Proqramda yer alan əsərlərin əksəriyyəti Xorun bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifova tərəfindən işlənilib, bir qismi isə redaktə olunaraq müasir xor tələblərinə uyğunlaşdırılıb.İfaları konsertmeyster, Əməkdar artist Nərgiz Əliyeva, fortepianoda Arif Ağayev və Qarabağ qazisi, ud ifaçısı İdris Hüseynov müşayiət edib. Xalq artisti Mehriban Zəkinin təqdimatında musiqi və ədəbi nümunələrin harmoniyası konsertə xüsusi ovqat bəxş.edib.

Konsert proqramında solo ifalarla xorun üzvləri Nəzakət Əliyeva, Zeynəb Nəcəfova, Aydan Hüseynzadə, Mədinə Səlimova, Ülkər Rüstəmova, Nurdan, Xəyal Qasımov, Rəvan Qaçayev, Nihad Orucov, Məhəmməd İsmayıl Əliyev, Pərvin Səfərov, Elmin İbrahimov, Hüseyn Əliyev, Riyad Eyvazov və Orxan Nuriyev çıxış ediblər.

İfaçıların yüksək peşəkarlığı, əsərlərin emosional dərinliyi və ahəngdar səslənişi tamaşaçıların alqışları ilə qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.