Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb. Poçt markası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Azərpoçt" MMC -nin birgə təşəbbüsü ilə ərsəyə gəlib.
Beynəlxalq Muğam Mərkəzində baş tutan təqdimat mərasimində mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, "Azərpoçt" MMC-nin İdarə heyətinin sədri vəzifəsini m.i.e. İsi Mustafayev və Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Xalq artisti, professor Sərdar Fərəcov çıxış edərək bildiriblər ki, Azərbaycanın musiqi mədəniyyətinin simvolu, peşəkar milli musiqi məktəbinin banisi, himnimizin müəllifi olan Üzeyir Hacıbəylinin 140 illik yubiley markasını yalnız filatelik məhsul deyil, milli yaddaşın və mədəni irsin vizual daşıyıcısı kimi təqdim etmək olar.
Bu təqdimat dahi bəstəkarın xatirəsinin yaşamasının və gələcək nəsillərə ötürülməsində üzərimizə düşən məhsuliyyəti, bizə bir daha xatırladır. Üzeyir bəyin xatirəsinə buraxılan marka, onun irsinin daşıyıcısına çevirilərək, kiçik mədəni elçi kimi dünyanı səyahət edəcək və gələcək nəsillərə onun kim olduğunu bir daha xatırladacaq.
Qeyd edək ki, 33400 tirajla dövriyyəyə buraxılan poçt markasının dizayneri Aydın Əsgərovdur.
Təqdimat mərasimi Beynəlxalq Muğam Mərkəzi Cahangir Cahangirov adına Xorun ifasında Üzeyir bəyin əsərlərindən ibarət konsert proqramı ilə yekunlaşıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb - FOTO
15 Yanvar 2026 20:25
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ilk dəfə Paqanini gecəsi keçiriləcək - VIDEO
-
Xalq Çalğı Alətləri Orkestrinin Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim edilib - FOTO
-
Qastrol proqramı çərçivəsində Gəncədə simfonik orkestrin konserti keçirilib - FOTO
-
Qəbələdə “Böyük Qafqaz İncəsənət və Rəqs Kuboku – 2026” keçiriləcək
-
Əfsanəvi Elnur Məmmədov öldü - FOTOlar
-
“Elə vəziyyətdəyəm ki, onun qəbrini də ziyarət edə bilmirəm” - “Dəli Kür”ün Mələyi
XƏBƏR LENTİ
-
“Bildirərik ki, pilləkəndən yıxılıb ölüb…” - 6 yaşlı uşağa işgəncə verən ögey ata məhkəmədə
-
Qara dənizdə təhlükəli anlar: 140 min tonluq tanker vuruldu
-
Bu gün 14 min abonentin qazı KƏSİLƏCƏK
-
Hansı bürc harada aşiq olacaq? - Astroloji proqnoz
-
100 qramdan ağır qızılın ixracı MƏHDUDLAŞDIRILDI
-
Sızdırılan açıqlamalar istefaya səbəb oldu
-
USB yaddaş kartı istifadə edənlər bu səhvi edir
-
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
-
Ramazandan sonra necə qidalanmaq lazımdır?
-
"Yaxın 10-15 ildə alimlər insan ömrünü azı 10 il uzada biləcəklər"
-
Dünyanın ən yaşlı kişisi tapıldı: siqaret çəkir, kofe içir
-
13-cü əməliyyatdan sonra burnunu paylaşdı
-
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
-
Tiktoker Kübra öldü - FOTO
-
Egey dənizində güclü zəlzələ oldu
-
Millimiz Litvaya böyük hesabla uduzdu
-
"İran Xarq adasında ABŞ-yə qarşı əməliyyata hazırlaşır"
-
“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” - Səidədən Zaura
-
D vitamininin ziyanı üzə çıxdı
-
İsmayıllıda 6 otaqlı ev yanıb
-
"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"
-
Günün qoroskopu: Yaradıcılığınızın zirvəsində olacaqsınız
-
Günlərlə dağlarda axtarırlar: 2-3 kq tapan "qızıl tapmış kimi" sevinir
-
Yanğınsöndürəndən xəbərdarlıq: Evində "airfryer" olanlar diqqətli olsun





