Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında Maqsud İbrahimbəyovun pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın məşqləri yekunlamaq üzrədir - FOTO

12 Yanvar 2026 17:00
Baxış: 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun "Neft bumu hamıya gülümsəyir" pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın məşqləri yekunlamaq üzrədir.

Tamaşa yazıçının yaradıcılıq irsinə həsr olunmuş, 2025-ci ilin noyabrından 2026-cı ilin fevralınadək davam edən "Neft bumu hamıya gülümsəyir" festivalı çərçivəsində təqdim olunur.

Yeni tamaşanın premyerası 2026-cı il yanvarın 30-da baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru Konstantin Soldatov, quruluşçu rəssam Çingiz Babayev, xoreoqraf Nigar İbrahimbəyli, sound dizayn Konstantin Soldatov, Platon Soldatov, rejissor Şövqi Hüseynovdur.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Elnur Hüseynov, aktyorlar Bəhram Həsənov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Səbinə Məmmədzadə, Nurlan Sülymanlı, Manaf Dadaşov, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Rasim Cəfər, Ümman Budaqov, Mirzəağa Mirzəyev, Ramiq Nəsirov, Ədalət Əbdülsəməd, Hüseyn Bayramov, Mehriban Hüseynova iştirak edirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.