Fevralın 17-də müğənni Murad Laçın "Şirin yuxun olaydım" adlı konsert proqramı ilə dostlar əhatəsində Opera studiyasının səhnəsində tamaşaçıların qarşısına çıxacaq.
Musiqi sevərləri romantik ovqatlı, duyğusal və zəngin repertuarlı bir axşam gözləyir. Konsert proqramında sevilən mahnılarla yanaşı, yeni ifalar da yer alacaq.
Axşamın xüsusi qonağı isə Azərbaycan musiqi mədəniyyətinin tanınmış siması, Xalq artisti Nazpəri Dostəliyeva olacaq. Onun səhnə çıxışı gecəyə xüsusi rəng qatacaq.
Konsert sənət dostları və musiqisevərlər üçün unudulmaz bir görüş vəd edir.
Məlumat 0513033540
Biletlər https://iticket.az/events/concerts/murad-lachin-sirin-yuxun-olaydim
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





