Mədəniyyət

Qədir Rüstəmovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO

25 Dekabr 2025 21:21
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində Qarabağ xanəndəlik məktəbinin unudulmaz simalarından olan Qədir Rüstəmovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbiri yazıçı və Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli aparıb. Gecədə millət vəkili Aqil Abbas, yazıçı-dramaturq Seyran Səxavət, Əməkdar incəsənət xadimi Çingiz Abbasov, Əməkdar artist Azad Şükürov, jurnalist Fəxrəddin Hacıbəyli və tarzən Aydın Mehrəliyev çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər, onun ifaçılıq xüsusiyyətlərindən və bənzərsiz istedadından söz açıblar.

Tədbir boyu Qədir Rüstəmovla bağlı videomateriallar nümayiş olunub. Həmçinin Əməkdar artistlər İlkin Əhmədov, Sevinc Sarıyeva, Elnur Zeynalov, xanəndələr Güllü Muradova, Mustafa Mustafayev, Murad Laçın, Yusif Cəfərbəyli ifaları ilə tədbiri zənginləşdiriblər.

İfaçılar Beynəlxalq Muğam Mərkəzinin solistləri tərəfindən instrumental olaraq müşayiət olunub: tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev, balabanda Rafael Əsgərov, qanunda Məhta Məhəmmədəlizadə, nağarada Siyavuş Kərimov.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.