Mədəniyyət

98 yaşını rəqs edərək qeyd etdi - VİDEO - FOTO

25 Dekabr 2025 13:11
Baxış: 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə dahi heykəltəraş, akademik Ömər Eldarovun 98 yaşı tamam olub.

Milli.Az xəbər verir ki, 1news.az Xalq rəssamının doğum günü məclisindən çəkilmiş görüntülərini yayıb.

Görüntülərdə görkəmli şəxsiyyətin gümrah olması, doğum gününü xoş əhvalla qeyd etməsi maraqla qarşılanıb.

Qeyd edək ki, Ömər Eldarov 1927-ci ilin dekabrın 21-i Dərbənddə anadan olub. O, "Heydər Əliyev" ordeni laureatı (2017) və Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür (2024).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.