16 Dekabr saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində konsert keçiriləcək. Maraqlı konsepsiyaya malik bu konsert Özbəkistanın Dövlət Simfonik Orkestrinin müşayiəti, bədii rəhbər və baş dirijor Kamoliddin Urinbayevin rəhbərliyi ilə baş tutacaq.Musiqili gecədə solist qonaqlar - Azərbaycan Reslublikasının Xalq artisti Yeganə Axundova (piano) və Azərbaycan Respublikasının Əməkdar artisti Sahib Paşazadə dinləyicilər qarşısında çıxış edəcəklər.
Proqramda Mirsadıq Hacıyev "Bayram uvertürası", Hacı Xanməmmədov Tar və orkestr üçün 2 nömrəli Konsert (II və III hissələr), Fikrət Əmirov - Elmira Nəzirova - Piano və orkestr üçün Ərəb mövzularına Konsert (Final),
Nikolay Rimski-Korsakov - "Şəhrizad" simfonik süitası, op.35 (bütün hissələr) səslənəcək.
Musiqi mədəniyyətlərinin qovuşduğu bu möhtəşəm gecəni qaçırmayın. Biletləri əldə etməyə tələsin.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





