Mədəniyyət

Dövlət Simfonik Orkestrinin təqdim etdiyi konsert proqramı dinləyicilərə böyük zövq bəxş etdi - FOTO

10 Dekabr 2025 17:30
Baxış: 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin təqdim etdiyi konsert proqramı dinləyicilərə böyük zövq bəxş etdi. Bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə keçirilən konsertdə səslənən əsərlər kollektivin yüksək peşəkarlığını aydın şəkildə nümayiş etdirdi.
Konsertdə ilk olaraq Claude Debussy-nin "Favnın günorta istirahəti" prelüdü səsləndirildi. Orkestr bu əsərin impressionist çalarlarını incəliklə təqdim edərək, auditoriyanı sakitliyə qərq etdi. Zərif orkestr boyaları və Debussy üçün səciyyəvi olan xəyalpərəst musiqi dili dinləyiciləri bir anlıq reallıqdan uzaqlaşdıraraq tamamilə başqa bir aləmə aparmış oldu.
Daha sonra virtuoz pianoçu Yuriy Sayutkinin ifasında Sergey Prokofyevin piano (sol əl) və orkestr üçün 4 nömrəli konserti (B-dur, op.53) təqdim olundu. Orkestr və solistin qarşılıqlı vəhdəti Prokofyevin bu nadir kompozisiyasını daha da təsirli etdi. 
Musiqili gecə İqor Stravinskinin "Petruşka" baletinin orkestr işləməsinin ifası ilə yekunlaşdı. Kompozisiyanın parlaq musiqisi  dinləyicilər tərəfindən alqışlarla qarşılandı.
Bu konsert həm seçilmiş repertuarın orijinallığı, həm də orkestrin yüksək səviyyəli ifası ilə dinləyicilərin yaddaşında xüsusi iz buraxdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.