Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində “Muğamat axşamı” konserti keçirilib – FOTO

10 Noyabr 2025 17:15
Baxış: 184
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" konserti keçirilib.

Muğam gecəsində BMM-nin solisti Könül Məmmədli, Akademik Opera və Balet Teatrının solisti Xəyal Hüseynov, "Muğam" Televiziya Müsabiqə qalibləri Murad Kəngərli, Vüsal Qasımov, Tamara Muradova, Ülkər Abdullayeva, Prezident təqaüdçüsü Mirpaşa Şükürov çıxış ediblər.

Xanəndələrin ifasında "Ovşarı", "Şur", "Bayatı Şiraz", "Dilkəş", "Mahur", "Segah" təsnifləri, "Kəsmə- şikəstə" təqdim olunub. Gənc ifaçıların çıxışları muğamsevərlər tərəfindən alqışlarla qarşılanıb. İfaçıları BMM-nin solistlərindən ibarət instrumental heyət, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda- Məhta Məhəmmədəlizadə, balabanda Rafael Əsgərov, nağarada Amil Mustafayev müşayiət edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.