Mədəniyyət

Xəyyam Mirzəzadənin 90 illiyinə həsr olunmuş növbəti konsertini keçirəcək

16 Oktyabr 2025 16:30
Baxış: 594
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cadenza orkestri 23 oktyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadənin  90 illiyinə həsr olunmuş növbəti konsertini keçirəcək. Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq "Xəyyam Mirzəzadə-90" adlı konsertdə bəstəkarın müxtəlif illərdə yazdığı "Monoloq", "Ohne", "Pianto" və "Memory" əsərləri ifa olunacaq. Konsertin solistləri Aynur Əhədova (violin), Humay Qasımzadə (piano) və Fəridə Məmmədova (soprano) olacaq.

Konsertə giriş sərbəstdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.