M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində SSR Xalq artisti, görkəmli bəstəkar, professor Xəyyam Mirzəzadənin 90 illik yubileyinə həsr olunmuş konsert baş tutub.
İlk öncə Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar, professor Polad Bülbüloğlu bəstəkarın yaradıcılığı, Azərbaycan musiqisindəki rolundan bəhs edib.
Daha sonra isə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış edib.
Konsert ilk olaraq Xəyyam Mirzəzadənin "Triptix" adlı ikinci simfoniyası ilə başlayıb. Daha sonra bəstəkarın Səməd Vurğunun poemasına yazılmış "İllüstrasiyalar" əsəri ifa olunub.
Sonda isə orkestr "Gəzinti" kinofilmindən olan musiqi parçasını bis olaraq ifa edib. Konsert gur alqışlarla sona çatıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az