Mədəniyyət

4-cü “Salam” Beynəlxalq Yeniyetmə Film Festivalının 2-ci günü - FOTO

27 Avqust 2025 16:04
Baxış: 255
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

4-cü "Salam" Beynəlxalq Yeniyetmə Film Festivalının 2-ci günü 26 avqust tarixində yeniyetmələr konkurs proqramına daxil olan "Kinomexanikin qayıdışı" sənədli-bədii filmini ( rejissor Orxan Ağazadə, Fransa, Almaniya, 2024) seyr etdikdən sonra filmin operatoru Daniel Quliyev və First AD Leylaxanım Qənbərli ilə birlikdə əsərin muzakirəsində iştirak etdilər, öz fikirlərini bölüşdülər.
Nahar fasiləsindən sonra Belcikalı VFX supervisor, 3D Generalist, Brodcast konsultant, məşhur "Dune" və "Black panther: Wakanda Forever" filmlərində çalışmış Skan Trikinin iştirakı ilə "From pixels to popcorn with Unreal" adlı ustad dərsi baş tutdu. Uşaqlar proqramdan istifadə edərək oyun bacarıqlarının köməyi ilə yeni kreativ dünyalar, kino və ya digər virtual istehsal sahələrində dizayn və vizual effektlər yaratmağın mümkünlüyü haqqında məlumatlar əldə etdilər.
Daha sonra Festivalın 2-ci günü "Cinemarathon" və "Salam news & Backstage" seminarları ilə davam etdi. Yeniyetmələr artıq qrupları ilə birlikdə öz roliklərini çəkməyə başladılar.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.