Mədəniyyət

Xalq artisti Arif Babayevin son vəziyyəti açıqlanıb

25 İyul 2025 09:27
Baxış: 1 595
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti, professor Arif Babayevin son vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Mərkəzi Klinikanın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya gətirilib.

"Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.