Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində "Forte Strings Group"un konserti keçirilib - FOTO

7 İyul 2025 13:52
Baxış: 392
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beynəlxalq Muğam Mərkəzində "Forte Strings Group"un konserti keçirilib. Gənc ifaçılardan ibarət musiqi qrupunun çıxışları tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Müasir musiqi axınında klassik və etnik üslubları sintez edən innovativ simli ansambl milli və dünya musiqilərini yeni yanaşmada təqdim edib.

Azərbaycanın zəngin musiqi irsini yenidən şərh edərək, onu dünya musiqi səhnəsinə çıxarmağı qarşısına məqsəd qoyan musiqi qrupunun özünəməxsus ifaları musiqimizdə gənc ifaçıların istedadını nümayiş etdirib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.