Mədəniyyət

"Opera günləri" layihəsində "Xor simfonik musiqi gecəsi" baş tutub - FOTO

27 İyun 2025 15:40
Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera günləri" layihəsi çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Xor Simfonik Musiqi Gecəsi" adlı konsert proqramı baş tutub.

Gecədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xorunun iştirakı ilə Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Vahabzadə, Tural Ağasıyev, Əliəhməd İbrahimov, İlham Nəzərov, solistlər Mahir Tağızadə, Adil Axundov, Fəhmin Əhmədli, İqor Yadrov, Ruslan Persan çıxış ediblər.

İzdihamla baş tutan "Xor Simfonik Musiqi Gecəsi"ndə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Xanəndə qızın mahnısı, Üzeyir Hacıbəyli və İsmayıl Hacıbəyovun "Firuzə" operasından proloq, Müslüm Maqomayevin "Nərgiz" operasından Nərgizin xorla səhnəsi, Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" operasından parça, Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasından fraqment, Cüzeppe Verdinin "Makbet" operasından parça, "Nabukko" operasından parça, Kristof Qlyukun "Orfey və Evridika" tamaşasından fraqmentlər, Pyotr Çaykovskinin "Yevgeni Onegin" operasından Polonez, Modest Musorqskinin "Boris Qodunov" operasından parça, Dmitriy Şostakoviçin Bayram uvertürası səsləndirilib.

Qeyd edək ki, konsertin dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.