Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi "Opera Günləri" layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin "Şah İsmayıl" operasından parçalar nümayiş etdirilib. Tamaşa bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunub.
Tamaşada Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), Cahangir Qurbanov (Aslan şah), İlahə Əfəndiyeva (Gülzar), Arzu Əliyeva (Ərəbzəngi), Əliəhməd İbrahimov (Əbu Həmzə), solist Mahir Tağızadə (Vəzir) iştirak ediblər.
Qeyd edək ki, tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeyster Roza Səlimova, tarda müşayiət edən Əməkdar artist Elxan Mansurovdur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World