Mədəniyyət

“Köhnə musiqi musiqidirmi?” adlı konsert baş tutub - FOTO

27 May 2025 16:23
Baxış: 302
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində III Bakı Müasir Musiqi Günləri Festivalı çərçivəsində "Köhnə musiqi musiqidirmi?" adlı konsert baş tutub.

Öncəliklə musiqişünas Sara Timurova dinləyiciləri müasir musiqi ilə bağlı ətraflı şəkildə məlumatlandırıb.

Daha sonra dirijorlar Samir Əsədov və Orxan Həşimovun rəhbərliyi, Cadenza Orkestri, BCMS Ensemble-in müşayiəti ilə solistlər - Avital Cohen (fleyta, İsveçrə), Filipp Fitin (zərb alətləri, Rusiya), Fəridə Məmmədova (soprano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Alfred Zimmerlin`in fleyta, zərb alətləri və simli orkestr üçün "Hava və yerin nağılları" (dünya premyerası), Deqing Wen`in kamera orkestri üçün "Laniakea" (dünya premyerası) və Fərəc Qarayevin "Schnell zu/g Vergangenheit oder ist eine alte Musik schon/auch k/eine Musik?!"* ,"Sürət (qatarı ilə) ilə keçmişə doğru yaxud köhnə musiqi artıq/hələ də musiqi deyil/musiqidirmi?" əsərləri səslənib.

Bu konsert dinləyicilər tərəfindən müasirmusiqinin müxtəlif bədii-estetik təmayüllərini özündə əks etdirən parlaq bədii hadisə kimi dəyərləndirildi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.