Mədəniyyət

Gəncə Dövlət Filarmoniyasında "Gəncə və gəncəlilər" layihəsində Mahir Məmmədovun yaradıcılıq gecəsi baş tutub - FOTO

26 May 2025 14:46
Baxış: 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində Əməkdar artist Mahir Məmmədovun yaradıcılıq gecəsi keçirilib.

Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Xalq Çalğı Alətləri Orkestri, Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rüstəm Cəfərov, Fuad Ramazanov, Zəminə Mustafayeva, Samirə Hacıyeva, Seymur Sadıxov (balaban), Vüsal Namazov (tar), Musa Bayramov (tar) çıxış ediblər.

Gecədə Fikrət Əmirovun "Təntənəli rəqs", "Lirik rəqs", "Aşıq sayağı", Qara Qarayevin "Yeddi gözəl" baletindən Aişənin rəqsi, Niyazinin "Vətən nəğməsi", Arif Məlikovun "Türk qızlarının rəqsi", Süleyman Ələsgərovun "Gözlə məni", Tofiq Quliyevin "Bakı haqqında mahnı", "Darıxma", Səid Rüstəmovun "Hardasan", "Şeir deyilmi", Hacı Xanməmmədovun "Yenə o bağ olaydı" və digər əsərlər səsləndirilib.

Yaradıcılıq gecəsində Xalq artisti Rafael Bayramov, Əməkdar artist Mahir Məmmədov, Əməkdar müəllim Arif Hüseynov çıxış ediblər.
Əməkdar artist Mahir Məmmədovun konsertmeysterliyi ilə keçirilən yaradıcılıq gecəsi böyük maraqla qarşılanıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.