Rəşid Behbudov adına Dövlət MahnıTeatrında Xalq artisti, unudulmaz ifaçı Gülağa Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
TədbirdəAzərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək Gülağa Məmmədovun həyat və sənətyolu, yaradıcılıq xüsusiyyətləri barədə danışıb, xatirələrini bölüşüb.
Şair-publisist Qulu Mehrəli ifaçıya həsr etdiyi şeiri səsləndirib.
Bədii hissədə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solistləri Gülağa Məmmədovun repertuarında uzun illər yer alan "Həkimqız", "Ana Kürüm", "BakıGecələri", "Sənindir", "Nargilə" və digər sevilən nəğmələri ifa ediblər. Solistləri Mirxalid Salayevin rəhbərliyi ilə teatrın instrumental ansamblı müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az