Mədəniyyət

“Nəsildən-nəslə teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov olacaq

24 Aprel 2025 17:36
Baxış: 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin "Nəsildən-nəslə teatr" layihəsi uğurla davam edir.

Layihə çərçivəsində keçiriləcək tematik seminarın "Teatr pedaqogikası: istedad yoxsa elm?.." adlı paneli 29 aprel 2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə teatrın kiçik səhnəsində baş tutacaq.

Panelin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor, aktyor Nicat Kazımov teatr pedaqogikasının nəzəri-praktiki əsasları, teatr təhsilində ənənə və müasirlik, yeni yaradıcı tendensiyalar kimi mövzularda fikir mübadiləsi apacaq.

Seminarın keçirilməsində məqsəd nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək, gənclər teatrına müasir beynəlxalq tendensiyaların tətbiqi, bu sahəyə marağın artırılması, gənclərin cəlb edilməsi və aktiv yaradıcı mühitin formalaşdırılmasıdır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.