Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində Hacı Məmmədova həsr olunan xatirə gecəsi keçiriləcək

22 Aprel 2025 16:23
Baxış: 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biri də görkəmli tarzən, Xalq artisti Hacı Məmmədovdur.

O, milli ifaçılıq sənətimizin ən parlaq nümayəndələrindən biri idi. Sənətkarın ifaçılığı ayrıca bir məktəb kimi səciyyələndirilir. Çünki tarzən yaradıcılığı boyu sənətin incəliklərinə dərindən yiyələnib, öz fərdi ifaçılıq üslubuna nail olub.

Qurban Pirimov, Bəhram Mansurov kimi böyük tarzənlərin sənət məktəbindən dərs alan Hacı Məmmədov Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və başqa görkəmli xanəndələri tarda dəfələrlə müşayiət edib. Onun zəngin ifaçılıq istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə bacarığı musiqisevərlərin könlünü oxşayıb. Bu il unudulmaz sənətkarın anadan olmasının 105illiyi tamam olur. 

Beynəlxalq Muğam Mərkəzində 14 mayda sənətkara həsr olunan gecədə xatirəsi yad ediləcək,  müasirləri ustadtarzənin sənət ənənələrinə müraciət edərək maraqlı konsert proqramı təqdim edəcəklər.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.