Bakıda Pasxa mövzusuna həsr olunmuş "Barabba" rok-operasının premyerası keçirildi - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında (Kirxada) "Barabba" rok-operasının və Pasxaya həsr olunmuş tədbirin premyerası baş tutub. Tədbir Vineyard Azərbaycan xristian dini icması tərəfindən təşkil edilib.
Tədbirdə Vineyard Azərbaycan icmasının baş pastoru Emil Pənahov qeyd edib ki, Pasxa xristian dünyasında mərkəzi bir hadisədir və həyatın ölümü üzərindəki qələbəsini, mənəvi dirilişə inamı, yaxşı işlərin əhəmiyyətini və mərhəmətə çağırışı simvollaşdırır. Həmçinin vurğulandı ki, Azərbaycan əsrlər boyu tolerant və multikulturalizm nümunəsi olub, burada fərqli millətlər və dinlər bir ailə kimi sülh və əmin-amanlıq içində, dinlərarası razılıq mühitində yaşayır.
Vineyard Azərbaycan kilsəsinin pastor köməkçisi Kamil Kərimli dua oxuyub, dini nəğmələr ifa edilib.
Tədbirin mərkəzi anı bir hissəli "Barabba" rok-operasının (45 dəqiqə) premyerası oldu. Musiqili-xoreoqrafik təqdimat, İncil hekayələrə əsaslanaraq, bağışlama, sevgi və qurbanlıq mövzusunda danışır. Bu hekayə, Tanrının Barabba adlı, hər birimizin simvolu olan birini azad etməsini, İsa Məsihin isə insanları və ruhlarımızı xilas etmək üçün qurban olması mövzusunda idi. Təqdimat izləyicilər tərəfindən alqışlarla qarşılandı.
Qeyd edək ki, rok-opera ailəvi bir yaradıcı layihə olaraq həyata keçirilib. Rejissor- Səbinə İsmaylova, Emil Panahovun bacısı - tanınmış xoreoqraf və pedaqoq, beynəlxalq mükafatlara layiq görülmüş bir şəxsdir. Kino həvəskarları onu həmçinin Rasim İsmaylovın "Asif, Vasif, Ağasif" adlı məşhur uşaq filmindəki Asif rolunu oynadığı üçün tanıyırlar. Rok-opera altı kompozisiyasının müəllifi isə Səbinə Panahova, digər iki kompozisiyasının müəllifi isə Nazrin İsmaylova olub. Emil Pənahov isə bu tamaşada xoreoqraf kimi çıxış edib.
Səbinə İsmaylova tamaşanın mövzusunu belə izah edib: "Əsərdə Pasxanın mənası İsa Məsih, Barabba və İuda obrazları ilə açılır və bu zaman cəmiyyətin hadisələrə olan münasibəti də əks olunur. Yeni Əhddə bir cinayətkara əfv vermək adəti təsvir edilir. Cəmiyyətin tələb etdiyi şəxs isə Barabba oldu. Onun günahı olsa da, məhkəmə hökmünü İsa Məsih aldı. Lakin bu hekayə həyatın ölüm üzərindəki qələbəsini, yaxşılığın pislik üzərindəki qalibiyyətini simvolizə edir".
Tamaşanın ssenari müəllifləri Səbinə İsmaylova və Səbinə Panahova olub, hansı ki həmçinin əsas partiyaları ifa edib.
"Tamaşa, səhnə, işıq və qəhrəmanların obrazları, ağ və qara tonlarında, yaxşı ilə pis arasındakı qarşıdurma üzərində qurulub. İki min ildən çox keçsə də, Pasxanın işığı hələ də həyatımızı işıqlandırır və insanpərvərlik, mərhəmət verir," - deyə Səbinə Panahova əlavə edib.
Tamaşada Vineyard Azərbaycan icmasının üzvləri və Azərbaycan İncil Cəmiyyətinin sədri Rasim Xəlilov rol alıblar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu
-
Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı çağırış
-
Tikinti sektorunda yeni dələduzluq - (Video)
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Leyla Əliyeva “Harmoniya” sənədli filminin təqdimat mərasimində iştirak edib - (Foto)
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)





