Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23-29 aprel tarixlərində Bakıda keçiriləcək Fidan Hacıyeva adına II Beynəlxalq Opera Festivalının proqramı təqdim olunmuşdur. Yeddi gün ərzində paytaxtın müxtəlif səhnələrində həm tanınmış ifaçıların, həm də ilk dəfə böyük səhnəyə qədəm qoyacaq 6-16 yaş arası gənc istedadların iştirakı ilə möhtəşəm konsertlər təşkil olunacaq. Festival çərçivəsində keçiriləcək bütün tədbirlərdə Azərbaycanın Xalq artisti Fidan Hacıyeva çıxış edəcəkdir.
23 aprel, saat 19:00
Festivalın açılışı, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının yeni səhnə quruluşu ilə başlayacaq. Tamaşa Bakı Musiqi Akademiyasının nəzdindəki Opera Studiyasının səhnəsində təqdim olunacaq. Bu səhnələşmədə Fidan Hacıyeva Vokal Məktəbinin Opera Teatrı istedadlı şagirdləri baş rollarda çıxış edəcəklər. Onlar arasında: Vüqar Hacıyev (Əsgər), Aysu Əliyeva (Gülçöhrə), Rauf Məmmədzadə (Süleyman), Şahirə Rzayeva (Asya), Röya Əliyeva (Telli). Xalq artisti Fidan Hacıyeva - Cahan xala obrazında, Vəli rolunu Əməkdar artist Tural Ağasıyev, Sultanbəy rolunu isə həm də tamaşanın quruluşçu rejissoru olan Əməkdar artist Fərid Əliyev canlandıracaq. Dirijor - Xalq artisti Cavanşir Cəfərov.
24 aprel, saat 19:00
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində şagirdlərinin və şəhid mayor Rəşad Atakişiyevin həyat yoldaşı, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynovanın rəhbərlik etdiyi "Şəhid övladları İncəsənət Akademiyası" iştirakı ilə "Qəlbimizdə yaşayanlar" adlı konsert təqdim olunacaq.
25 aprel, saat 19:00
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Gənc opera ulduzları" adlı konsert keçiriləcək. Konsertdə qadın kamera orkestri MEZZO və gənc istedadlar çıxış edəcək.
Bilet: iTicket
26 aprel, saat 14:00
Fidan Hacıyeva Vokal Məktəbinin "Belcanto" konsert zalında "Opera tarixi" adlı konsert təqdim olunacaq. Konsertdə məktəbin yetirmələri çıxış edəcək.
Bilet: iTicket
27 aprel, saat 18:00
"Belcanto" zalında Azərbaycanın Xalq artisti, professor Gülnaz İsmayılova və onun tələbələrinin iştirakı ilə "İrs" adlı konsert proqramı təqdim olunacaq.
28 aprel, saat 15:00
Yaradıcılıq Mərkəzində Fidan Hacıyevanın solo-konserti - "Arzu" baş tutacaq.
28 aprel, saat 19:00
Fikrət Əmirov adına Konfrans-Konsert Mərkəzində "Operanın gələcək nəsli, yeni nəfəsi" adlı konsert təqdim olunacaq. Konsertdə Xəzər Universitetinin kamera orkestri iştirak edəcək.
29 aprel, saat 19:00
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın təntənəli bağlanış mərasimi - "Viva Opera" adlı gala-konsert baş tutacaq. Gənc və tanınmış opera sənətçiləri tanınmış almaniyalı dirijor Bojan Videnovun rəhbərliyi ilə simfonik orkestrin müşayiətilə çıxış edəcəklər.
Bilet: iTicket
İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
-
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
XƏBƏR LENTİ
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub





