Mədəniyyət

Gəncədə fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

7 Aprel 2025 14:20
Baxış: 676
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci ilin 8-9 aprel tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün fortepiano və vokal ixtisasları üzrə ustad dərsləri keçiriləcək.  

Gəncə şəhər Zərif Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbində baş tutacaq ustad dərsləri Azərbaycan Respublikasının Əməkdar artisti, opera  ifaçısı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, pianoçu Svetlana Əhmədova tərəfindən keçiriləcək. 

Ustad dərslərinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin müasir norma və  tələblərə müvafiq tənzimlənməsi, yerlərdə lazımi metodiki köməkliyin göstərilməsi, həmçinin müəllim və şagirdlərin peşəkar inkişafı üçün həm nəzəri, həm də praktiki biliklərin artırılmasından ibarətdir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.